XOCALI SOYQIRIMI — 30: SOYQIRIM NƏ DEMƏKDİR?

Azərbaycanlılara qarşı törədilən soyqırımlar…

Abbas Hüseynli (Rəhmətlə anırıq)

AVMVIB sədrinin hüquqi və sosial məsələlər üzrə sabiq müavini

Yazı 24 fevral 2019-cu ildə Fedai.az-da yayınlanıb…





Azərbaycan Respublikası CM-nin 7-ci bölməsinin 16-cı fəsli Sülh və İnsanlıq əleyhinə cinayətlərdən bəhs edir. Fəsil 13 maddədən ibarətdir. Fəslin ayrı-ayrı maddələrində soyqırım, soyqırımın törədilməsinə təhrik etmə, əhalini məhv etmə maddələri Azərbaycan Respublikasının əvvəlki CM-də qeyd edilməmişdir. Beləki Azərbaycan Respublikasınin Milli Məclisi 31 may 1996-cı il tarixli qanunu ilə «Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında» 09 dekabr 1948-ci il Konvensiyasının müddəlarını qəbul edərək onun Azərbaycan Respublikasında qəbulunu təmin etmişdir.


Azərbaycan Respublikası CM-nin 103-cü maddəsi «Soyqırım» cinayəti adlanır. Həmin maddədə bildirilir ki, «Soyqırım» cinayəti bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir.

Soyqırım nədir və bu cinayət hadisəsi nəyə görə bəşəriyyətə və insanlığa qarşı cinayət bölməsində yer almışdır. Azərbaycan Respublikası CM-nin 103-cü maddəsi soyqırımın nə olmasına belə anlayış verir. Soyqırım hər-hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvülərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə. Bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmədir.


Soyqırım cinayətinin istintaqının aparılması Azərbaycan Respublikası CPM-nin 215.3 maddəsinə əsasən prokurorluq orqanına həvalə edilmişdir. Məhz bu orqanın əməkdaşları ərazi vahidi üzrə cinayət işini başlayaraq onun istintaqını aparırlar.

Soyqırım cinayətinin sübyekti rolunda, anlaqlı, 16 yaşına çatmış həm vəzifəli, həm də vəzifəli olmayan şəxslər ola bilərlər.Bu da özlüyündə başqa cinayətlərin subyektlərinə görə fərqlənir. Belə ki, qanunverici vəzifə cinayətləri ilə əlaqədar xüsusi bölüm ayırmış və orada vəzifəli şəxslərin törətdikləri cinayətlərdən bəhs etmişdir.


Bu cinayətin obyekti hər-hansı milli, etnik,irqi və ya dini qrupların normal həyat və fəaliyyətində özünü göstərir.Beləki, soyqırım cinayəti sülh və insanlıq əleyhinə cinayət olduğu üçün bu cinayəti A.N.Traynin xalqların tərəqqisinə və sülh şəraitində yaşamasına qəsd kimi, başqa hüquqşunas alim V.A.Vasilenko isə dövlətlərin varlığını təhdid edən, müasir beynəlxalq hüququn əsas prisiplərinin pozulması kimi qiymətləndirir.
Obyektiv cəhətdən bu cinayət:

— hər-hansı milli, etnik, irqi və ya dini qrupun üzvülərini öldürmədə.

-hər-hansı milli, etnik,irqi və ya dini qrupun üzvülərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma.

-hər-hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma.

-hər-hansı milli etnik,irqi və ya dini qrup daxilində doğumların qarışısını almağa yönəlmiş tədbirləri həyata keçirmə.

-hər-hansı milli, etnik, irqi və ya dini qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə.

Soyqırım cinayəti maddi-formal tərkibli cinayətdir. Beləki, yuxarıda sadalanan hərəktlərdən hər-hansı birisinin baş verdiyi andan cinayət başa çatmış hesab edilir.

Soyqırım cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə xarakteriza olunan cinayətdir. Beləki, cinayəti törətmiş vəzifəli və ya vəzifəsiz, 16 yaşına çatmış hər-hansı bir anlaqlı şəxs bu cinayətin içtimai -təhlükəli olduğunu qabaqçadan dərk edir və onların törədilməsini arzu edir.


Soyqırım cinayəti tarixdə cox törədilmişdir.Bu cinayətlərdən yəhudilərə qarşı alman faşistlərinin törətdiyi cinayət tarixdə hər-bir xalq tərəfindən lənətlənən cinayət olması sübut olunmuş, hətta Almaniya Federasiyası keçmiş Alman dövlətinin tarixi varisi olduğu üçün bu cinayətə görə yəhudi xalqına böyük məbləğdə təzminat vermiş və yəhudi xalqına münasibəti başqa millətlərə nisbətən daha yaxşı olmuşdur.

Tarixdə ən böyük soyqırım cinayəti Türklərə qarşı törədilmiş soyqırımdır. Bu cinayəti Çin dövləti, Rusiya Dövləti, İran İslam Respublikası törətmiş və törətməkdə davam edirlər.Çin dövlətinin Uyğur Türklərinə qarşı törətmiş olduğu bu cinayət hadisəsi hələ də davam etməkdədir.Çox təəssuf ki, dünya türklərə qarşı törədilmiş soyqırıma etinasız yanaşmaqla birlikdə, bəzi hallarda belə soyqırımlara haqq qazandırırlar. Necə ki, vaxtilə Azərbaycan Demokratik Cümuriyyətinin dövlət başçısı Ə.M.Topçubaşova azərbaycan türklərinə qarşı ermənilərin törətdikləri cinayətləri etiraf edən və azərbaycan dövlətinin mövqeyini müdafiə edən senator Valter M.Çandleri Topçubaşova ünvanladığı məktubunda Amerikada olan kilsənin erməni qəspkarlarını müdafiə etmələrini, bu sahədə erməni kilsəsinin bütün dünyada, öz növbəsində amerikada olan kilsənin köməyindən yarınmasını göstərmişdir. Bundan başqa Amerkada olan bəzi vəzifəli şəxslərin, hətta prezidentliyə namizəd olan Çariz E.Hyucestin, Vilyam Cenninqs Brayanın və başqalarının ermənilərin müdafiəsində olmasını göstərmişdir.Erməni kilsəsinin yalandan ermənilərin türklər tərəfindən qırılmasını göstərdiyi halda, biz birdənə də olsa türk islam qrumlarının bu sahədə apardıqları hər-hansı bir rolu görmürük. Tarixə nəzər saldıqça o da məlum olur ki, türklərin başına gələn bütün müsübətlərin təqsirkarı məhz türklərin özləri olmuşlar. Vaxtı ilə İran adlanan məmləkətin axırıncı türk başçısı Qaçarlar sülaləsinin vaxtında İstanbulda görüşən Azərbaycan nümayəndə heyyətinə İranın xarici işlər naziri bildirmişdir ki, bütün azərbaycan və iran farslarındır. Orada yaşayanlarda farslardır.Osmanlı İmperiyasında ən varlı və nazir kimi yüksək vəzifələr tutanlar da məhz ermənilər olmuşlar.Onlar üçün yaradılan şərait heç bir türkə yaradılmamışdır.

Ermənilərin 1905-1918-ci, 1914-1918, 1918-1921-ci,1928-1939-cu,1948-1952-ci illərdə və 1988-ci ildən başlayaraq indiyənə qədər Azərbaycanlılara qarşı törətdikləri genosid və etnik təmizləmə ilə bağlı Respublikanın Milli Arxiv İdarəsində yüzlərlə rəsmi sənədlərin saxlanılması barədə məlumatlar olsada çox təssüf ki, biz bunlardan istifadə edərək bunları dünyaya nümayiş etdirə bilməmişik.


Biz onu baş düşməliyik ki, bizim başımıza gələn bəlaların birici səbəbi bizim yadlara qarşı səxavətimiz, özümüzə qarşı isə zalımlığımızdır.Bu tarix boyu olmuş və indinin özündə də davam etməkdədir. 29 may 1918-ci il tarixdə Erməni Milli Şurasının səlahiyətli nümayəndələri ilə Azərbaycan Respublikasının səlahiyyətli nümayəndələri arasında danışıqlar zamanı ermənilərə İrəvanı özünə siyasi mərkəz seçməsi müzakirə edildi. Azərbaycan Milli Şurası səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan Respublikasının mərkəzi kimi tanımağı mümkün saydı. Bu məsələdə Türkiyə, İngiltərə və Rus bölşevikləri Azərbaycan Respublikasına təsir edirdilər. Həmin iclasda İrəvan Azərbaycanlıların nümayəndəsi Milli Şurada iştirak edən B.Rzayev demişdir:»Müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı rica edirik ki, bizi Ermənstan respublikası ərazisində qalanlarıda unutmayasınız» 1918-ci ilin 15 iyulunda Azərbaycan Respubldikası Xarici İşlər Naziri M.H.Hacinski erməni separatçılarının Azərbaycanın müxətəlif bölgələrəində törətdikləri cinayətlər barədə məruzə etmiş və göstərmişdir ki, «Artıq dörd aydır ki, Azərbaycanın müxtəlif hissələrində dinc Azərbaycan kəndlərində ermənilər görünməmiş vəhşilik edir,onların həyatlarını və əmlaklarını məhv edirlər.Buna görədə ümumdövlət mənafelərini və əhalinin zərər çəkmiş qruplarının mənafeyini nəzərə alaraq təklif edirik ki, belə bir təşkilat yaradılsın və onun qarşısında aşağıdakı vəzifələr qoyulsun:

1. Bütün zorakı- zorakı hadisələri dəqiq qeydə alaq.
2. Bu hadisələrin baş verdiyi şəraiti müəyyənləşdirmək.
3. Müqəssirləri və dəymiş zərərin həcmini müəyyənləşdirmək.

Bu təşkilat fövqəladə istintaq komissiyası xarakteri almaqla yaradıldı.

İrəvan quberniyasının azərbaycanlı əhalisi Azərbaycan hökuməti sədrinin adına ünvanladığı bəyanatlarında bildirirdilər ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına qədər olan müddətdə quberniyada erməni hərbi qüvvələri 200-dən çox müsəlman-azərbaycan kəndini yandırmış və yerlə-yeksan etmişlər. Dinc əhaliyə qarşı silah işlədildiyinə görə əhalinin bir hissəsi dağlara qaçmışdır. Əzəldən azərbaycanlıların yaşadıqları Sürməli, İrəvan, Eçimədzin və Şərur qəzalarının ərazisini ermənilər tutmuşlar. 1919-cu ilin yanvar ayının 8-də Azərbaycan parlamentinin iclasında parlament üzvü M.N. Vinoqradov çıxış edərək demişdir ki, «Ruslar qəddarcasına işğaldan bərk hiddətləndiklərini, dərin hüznlə baş sağlığı verdiklərini və bu torpaqların belə vəhşi üsullarla zəbt edilməsinə qarşı öz qəti etirazlarını bildirirlər».

Ermənilərin ən çoz vəhşilikləri Azərbaycanın Zəngəzur qəzasında baş vermişdir. Burada da Azərbaycanlıların sayı ermənilərdən çox olsada, öz içərimizdə olan var dövlətə hərislərimizin, namərdliyi, ermənilərlə iş birliyi qurması nəticəsində erməni daşnaqları böyük fəlakətlər qırğınlar törətmişdirlər.

(Ardı var)

Bu xəbəri paylaşın: