16 fevral 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Şəhid Ailələrinə «Qayğı» İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dəmir yumruq”devizli tədbir keçirilmişdir.
Tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər.
Tədbir iştirakçıları Ulu Öndərin Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı abidəsini və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra rayon Mədəniyyət evinə toplaşıblar.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Şəhid Ailələrinə «Qayğı» cəmiyyətinin sədri, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev Vətən müharibəsində qazanılan şanlı qələbədən, zabit və əsgərlərimizin rəşadətindən, xalqımızın arxa cəbhədəki fədakarlıqlarından və əlbəttə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən, hücum diplomatiyasından ətraflı söhbət açdılar.
Şəhid Ailələrinə «Qayğı» cəmiyyətinin sədri, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynova şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə «Ödül» təqdim etdi.
Şəhid atası Eyvaz Tağıyev, Vətən müharibəsi qazisi Vüqar Səfərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri Müşfiq Hüseynov çıxışlarında dövlətimizin şəhid ailələrinə, qazilərə diqət və qayğısından danışıblar.
Tədbirdə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinə təyin edilmiş yeni sədr Hamlet Gülməmmədov rayon ictimaiyyətinə təqdim olunub.
Həmçinin tədbirdə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin sədri Müşfiq Əliyev Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tərəfindən Fəxri fərmanla təltif edilib.
Sonda məktəblilərin hazırladığı ədəbi-bədii kommpozisiya nümayiş etdirildi.
Fedai.az
