Biləsuvar rayonunda Rusiyada yaşayan vətənpərvər soydaşlarımızdan olan AVMVİB-nin fəxri üzvü, Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupunun üzvü Cavid Nəzərov qrup adından Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsi ilə birlikdə müharibə veteranlarının ailələrinə baş çəkib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.

Qurban Qurbanov bildirib ki, Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupunun üzvləri adından Cavid Nəzərov daim veteranlarımızın problemləriylə maraqlanırlar. Qürbətdə yaşayan soydaşlarımıza qazilərimiz adından təşəkkürümüzü bildiririk. Qrup üzvləri adından bu dəfə də beş nəfər müharibə veteranı ailəsində olduq. Müharibə veteranları Aslan Qafarov, Akif Həmidov, Fəxrəddin Şəmiyev və Eldəniz Əliyevin ailələrinə baş çəkdik. Birliyimiz adndan bu xeyriyyəçi soydaşlarımıza bir daha öz minnətdarlığımı bildirirəm.
Elnur Səlim