İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun doğum günüdür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olur. Belə insanlardan biridə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri 2 -ci qrup müharibə əlili ehtiyatda olan kapitan Rüstəmov Ismayıl Rüstəm oğludur. Fevral ayının 18-də onun 52 yaşı tamam olur.
Bu əlamətdar gün münasibətilə Avmvib rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi və Fədai. az kolektivi 2-ci qrup müharibə əlili, ehtiyatda olan kapitan Rüstəmov Ismayıl Rüstəm oğlunu dogum gunu munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.
Ehtiyatda olan kapitan İsmayil Rüstəm oğlu Rüstəmov 28 fevral 1970-ci ildə Bərdə rayonun Hacıəhmədli kəndində anadan olub.
1977-ci ildə Bərdə rayonun Hacıəhmədli kəndində orta məktəbin birinci sinfinə getmiş və 1987- ci ildə həmin məktəbi bitirmişdir.
1988-1990 — cı ilərdə Sovet Ordusunun Almaniyada yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olub.

1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılaraq 1991-1994-cü illərdə Müdafiə Nazirliyinin Bərdə və Ağdərə rayonlarında yerləşən hərbi hissələrdə (Əlahiddə Tank taborunda) taqım və böluk komandiri vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. O, 1994 -cü ilin dekabr ayından Hərbi Xidmətkecmə haqqında qanunun müvafiq maddəsinə əsasən xəstəliyi əlaqədar Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.
2015-ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri vəzifəsində işləyir.
Rüstəmov Ismayıl Rüstəm oğlu Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. O, birinci dəfə 1992 -ci ilin avqust ayının 29 -da, ikinci dəfə isə 1993 -cü ilin oktyabr ayının 25-də ağır yaralanıb. 2-ci qrup müharibə əlilidir.
Müstəqil Azərbaycan Ordusunun hərbi hissələrində müvafiq vəzifələrdə xidmət etdiyi illər ərzində, 2015-ci ildən etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirərkən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi nizamnamələrin, Hərbi andın və Azərbaycan Vətən Müharibəsi
Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinə, eləcə də vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş tapşırıqlarının yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi yanaşmışdır.
Ehtiyatda olan kapitan İsmayil Rüstəmov Azərbaycan Ordusunda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Veteranları İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri olduğu illər ərzində Xidməti və İctimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Müdafiə Nazirinin, Korpus və hərbı hissə komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəyasət heyətinin müvafiq əmrləri və qəraları ilə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, döş nisanları və xatirə medaları ilə təltif edilib və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İSMAYIL BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Dərin hörmətlə, polkovnik Salman Musayev

