Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb

Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Novoye-Vremya.com-a verilən məlumata əsasən, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

59 yaşlı Alışan Səfərov Şərif oğlu və 57 yaşlı Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Bu xəbəri paylaşın: