Daha əvvəl qeyd etdiyimiz kimi, “LDNR” liderləri bu gün gözlənilmədən əhalinin Rusiyanın Rostov vilayətinə təxliyyə olunduğunu elan ediblər. Ukrayna KİV-ləri qeyd edir ki, proses sirenlərin uğultusu altında keçir, halbuki bunun üçün heç bir real əsas yoxdur. Kremlin spikeri Dmitri Peskov əvvəlcə Rostovun qaçqınları qəbul etməyə hazırlığı barədə heç nə bilmədiyini deyib. Lakin neçə saat sonra vəziyyət kəskin şəkildə dəyişib.
Vladimir Putin «mülki şəxslərin dəstəyi» ilə bağlı açıqlama verib. O, artıq Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edənə təcili olaraq Rostov vilayətinə səfər etməyə və qaçqınların yerləşdirilməsi, yemək və tibbi yardım ilə təchiz edilməsi məsələrini həll etməyə tapşırıb. Bu barədə RİA Novosti yazır.
Putin, həmçinin Donbassdan Rostov vilayətinə gələn hər bir qaçqına 10 min rubl ödəməyi tapşırıb.
Mənbə: Virtualaz.org