Deyəsən Donetsk separatçıları Rusiya ilə müharibə edir…

«Donetsk Xalq Respublikası»nın ərazisində şiddətli partlayış baş verib.

RİA Novosti agentliyinə istinadən xəbər verir ki, hadisə qondarma respublikanın hökumət binasının yanında qeydə alınıb. Məlumata görə, partlayışa səbəb avtomobildəki partlayıcı qurğunun işə salınması olub. Ardınca yanğın başlayıb. Fəsadlar barədə məlumat yoxdur.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın separatçı Donetsk və Luqansk respublikalarından Rostov vilayətinə gələn hər bir şəxsə 10 min rubl ayrılması barədə göstəriş verib.

Verilən məlumata görə, Putin həmçinin, Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyana Donetsk və Luqanskdan gələnlərin yerləşdirilməsinə şərait yaratmaq üçün təcili olaraq Rostov vilayətinə uçmağı tapşırıb.

Qeyd edək ki, Rostov vilayətində Donetsk və Luqanskdan evakuasiya ilə əlaqədar əməliyyat qərargahı yaradılıb.

Ukrayna tərəfi bildirir ki, onla bir tərəfli qaydada stabilliyi qorumağa çalışır və Rusiyanın təxribatlarını belə cavabsız qoyurlar. Belə çıxır ki, Donetsk separatçıları elə Rusiya ilə müharibə edir…

Bu xəbəri paylaşın: