Millət vəkili Jalə Əliyeva Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsinin rəhbərliyi ilə görüş keçirib və öz şəxsi vəsaiti hesabına aldığı bir ədəd sürət çıxarma (kserokopiya) aparatı hədiyyə edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov sosial şəbəkədə paylaşım edib.
Seyfi Həsənov müharibə veteranları və AVMVİB adından Jalə xanıma öz minnətdarlığını bildirib. Qeyd edib ki, Jalə xanım bir millət vəkili kimi şəhid ailələrinə, qazilərimizə, müharibə veteranlarına, bütövlükdə öz seçicilərinə daim səmimi münasibət göstərir.
Şöbə sədri millət vəkilinin bu addımını hər kəsə örnək olduğunu bildirib.