Ukrayna sərhədinə yaxınlaşan rus qoşunlarında gözdən qaçmayacaq bir detal var. Tank karvanının fotolarənən göstərildiyi yerlərdən birində Ukrayna sərhədinə təxminən 25 kilometr qalır.
Ukraynanı şimal, şərq və cənub cəbhələrindən təxminən 150 min əsgərlə əhatəyə alan Rusiya, getdikcə sərhəd xəttinə yaxınlaşır.
Sərhəddən gələn son foto və görüntülərdəki bir işarə isə, diqqətdən qaçmayıb. Rus analitik Rob Leenin göstərdiyi Z işarəsi qısa müddət içində böyük səs-küy yaradıb.
Sərhədə doğru irəliləyən nəhəng tank karvanlarında və digər zirehli maşınlarda görünən “Z” işarəsinin nə mənanı verdiyi maraqlıdır.
Çünki, “Z” işarəli hərbi qüvvələrə verilən vəzifə hələlik sirrini qoruyur. Hərbi qüvvələrin bir-birini tanıması üçün bənzər işarələr daşıdığı məlumdur. İctimai mediada “Z” harifi ilə Ukrayna lideri Vladimir Zelenskiyə mesaj verildiyi istiqamətində şərhlər yer alıb.
Donbasdan gələn son görüntülərdə rus ordusuna aid hərbçilərin artdığını göstərir.

Ukrayna kəşfiyyatçıları bildirirlər ki, Rusiya işğalçılarının silah saxlamaq üçün ayrılmış yerlərdən kənarda tanklar, toplar və haubitsalar yerləşdiriblər.
Təfərrüatlar: Silahların və texnikaların geri çəkilmə xətlərinin arxasında, lakin Donetsk və Luqansk vilayətlərinin qeyri-hökumət nəzarəti altında olan ərazilərində xüsusi saxlanc yerlərindən kənarda yerləşdiyini müşahidə edib:
— 82 tank- 38 artilleriya topu- 10 özüyeriyən haubitsa
Yaşayış məntəqələrinin yaxınlığındakı 5 poliqonda:
— Pokrovka (Donetskdən 36 km şərqdə)
— Kruglik (Luqanskdan 31 km cənub-qərb)
— Mirne (Luqanskdan 28 km cənub-qərb)
— Şimşinovka (Luqanskdan 27 km cənub-qərb)
— Miusinsk (Luqanskdan 62 km cənub-qərb).

