TƏBRİK: MƏMMƏDOV ÇİNGİZ VİLAYƏT OĞLU — 44

İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, təmkinliyi, dəqiqliyi və ən əsası vətənpərvərliyi ilə seçilən ömrünün 20 ildən çox şərəfli hərbi xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmiş ehtiyatda olan mayor Məmmədov Çingiz Vilayət oğludur. Fevral ayının 22-də onun 44 yaşı tamam olur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan mayor Məmmədov Çingiz Vilayət oğlunu doğum günü münasibətilə təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzulayır.


Arzu edirik ki, Çingiz Məmmədovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

Ehtiyatda olan mayor Məmmədov Çingiz Vilayət oğlu 22 fevral 1978 -ci ildə Bakı şəhərində anadan olmuşdur.


Ehtiyatda olan mayor Çingiz Məmmədov 1997- 2017-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Gəncə, Hacıqabul, Nərimanov, Xəzər, Quba və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində Zabitlərin və gizirlərin təkmilləşdirmə kursunda manqa komandiri, taqım komandirinin müavini, Silah və sursat anbar rəisi, taqım komandiri, hərbi hissənin qərargah rəisinin xidmət üzrə köməkçisi, Silah xidmət rəisi, Daxili Qoşunların Baş İdarəsinin Maddi texniki İdarəsinin Silahlandırma Xidmətində isə zabit vəzifələrində Vətənə
Dövlətə və Xalqa Sədaqətlə xidmət etmişdir. Çingiz Məmmədov 1994-cü ildə 7 nömrəli orta məktəbi, 1997-ci ildə Bakı Neft Texnikomunu, 1998-ci ildə Daxili Qoşunların çavuşlar məktəbini, 1999-cu ildə Zabitlərin və gizirlərin təkmilləşdirmə kursunu bitirmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv heyətində böyük rəğbət qazanmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.


Hərbi xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş, müvafiq idman dərəcəsi və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.


Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andı, hərbi nizamnamələrin və digər hüquqinormativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Xidməti vəzifələrinin yerinə yetirilməsinə görə ehtiyatda olan mayor Məmmədov Çingiz Vilayət oğlu məsuliyyətlə yanaşdığı üçün ona Daxili İşlər Nazirinin müvafiq əmri ilə vaxtından əvvəl » kapitan » hərbi rütbəsi verilmişdir.


Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində, xüsusi fərqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə » Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 10 illiyi və 90 iliyi
yubiley medalları ilə təltif edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ÇİNGİZ BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: