Qərb separatçı “DXR” və “LXR”lə bağlı Rusiyaya xəbərdarlıq etdi

Avropa İttifaqı ölkələrinin bir sıra liderləri Rusiyanın Ukraynanın Donbass bölgəsinin separatçı “respublikaları”nın (“Donetsk və Luqansk Xalq Respublikaları”) müstəqilliyini tanıdığı təqdirdə ona qarşı bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini təklif ediblər.

Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, sanksiyaların yekun siyahısı hələ müəyyən edilməyib. Lakin, Avropa İttifaqı çox güman ki, onlardan bəzilərini təsdiq edəcək, çünki Rusiya tərəfindən separatçı «DXR» və «LXR»tanınması Minsk razılaşmalarının pozulması kimi qiymətləndiriləcək.

Brüsseldə Aİ xarici işlər nazirlərinin planlaşdırılan görüşü hazırda başa çatır, bu toplantıda Rusiya Federasiyasının 5 vətəndaşının Krımda Dövlət Dumasına sonuncu seçkilərin keçirilməsinə görə Ukraynanın qara siyahısına salınması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Rusiya Dövlət Duması Ukraynanın Donbass bölgəsinin separatçı “respublikaları”nın (“Donetsk və Luqansk Xalq Respublikaları”) müstəqilliyinin tanınması ilə bağlı Prezident Vladimir Putinə müraciət qəbul edib.

Mənbə: AzVision.az

Bu xəbəri paylaşın: