Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib.
RİA Novostinin verdiyi xəbərdə, bu barədə Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıldığı deyilir.
“Bu ilin aprelində qeyd olunan Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında diplomatik əlaqələrin 30-cu ildönümünü nəzərə alaraq, Vladimir Putin Nikol Paşinyanı ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib”, — deyə məlumatda qeyd olunub.
Bu xəbəri paylaşın:
