CNN müxbiri Kiyevdə ardıcıl partlayış səslərinin eşidilməsi barədə xəbər verir.
«CNN-in Ukraynada olan komandası Ukraynanın paytaxtı Kiyev yaxınlığında bir neçə güclü partlayış səsinin eşidildiyini bildirir”, — deyə nəşr yazır.
«NOTAM” aviasiya heyətinin beynəlxalq məlumatlandırma sisteminə əsasən, Ukraynanın hava məkanında mülki təyyarələrin uçuşlarına məhdudiyyətlər tətbiq edilib. Səbəb kimi mülki aviasiya üçün mümkün təhlükələrin ola biləcəyi göstərilir. Xüsusilə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda güclü partlayışın olduğu bildirilir. Bu xəbəri Ukraynanın «Страна.ua» nəşri də təsdiqləyir. Şəhər sakinləri silsilə partlayış səslərin eşitdikllərini deyirlər. Nəşr həmçinin Mariupol və Odessada partlayışın olduğunu yazır.
