ABŞ hesab edir ki, Rusiya Ukrayna rəhbərliyini devirmək və dəyişdirmək üçün Kiyevə hücum edir — Reuters

ABŞ hesab edir ki, Rusiyanın Ukraynaya müdaxiləsi Ukrayna hökumətinin “başını kəsmək” və öz administrasiyasını qurmaq məqsədi daşıyır.

Bu barədə Fedai.az “Ukrainska Pravda”ya istinadən xəbər verir.

ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi cümə axşamı Reuters agentliyinə bildirib ki, buna görə də Rusiyanın hücumunun üç əsas istiqamətindən biri Kiyevə yönəlib.

Anonimlik şərti ilə danışan rəsmi, «Biz hesab edirik ki, onların məqsədi hökuməti effektiv şəkildə başsız qoymaq və özlərinə sərf edən idarəetmə üsulu qurmaq niyyətindədirlər».

Xatırladaq ki, Rusiyalı politoloq, Kremlin siyasi məsləhətçisi, “Sonar-2050”-nin baş redaktoru Semyon Uralov Ukrayna xalqına ünvanladığı müraciətində də bu faktı təsdiqləyib.

“Narahat olmayın, hər şey tez bir zamanda bitəcək. Bu gün axşam saatlarında bütün cinayətkar Ukrayna hakimiyyətinin üzvləri, başda Zekenski olmaqla, həbs olunacaq və yaxud məhv ediləcək. Ən cətini bundan sonra olacaq. Şəhərlərdə soyğunlçuluq, başsızlıq hökm sürəcək. Çünki dövlət bir neçə gün hakimiyyətsiz olacaq. Artıq indidən Ukraynada hakimiyyət üzvləri, şəhər merləri qaçmağa can atır”, – deyə Uralov qeyd edib.

Bu xəbəri paylaşın: