Rusiyanın paytaxt Moskva da daxil olmaqla, müxtəlif şəhərlərində əhali Ukraynaya qarşı aparılan müharibə əleyhinə mitinq keçirir.
Axar.az xəbər verir ki, bu haqda Teleqram kanallarında görüntülər paylaşılıb.
***
Hazırda Rusiyanın Sankt- Peterburq şəhərində Ukrayna ilə müharibə əleyhinə böyük mitinq keçirilir.
***
Moskvada Ukrayna ilə müharibə əleyhinə keçirilən aksiyada 600-dən çox etirazçı saxlanılıb.
Bu barədə Rusiya DİN açıqlama verib.
Bildirilib ki, sanksiyalaşdırılmamış bütün aksiyalar, o cümlədən «provokasiyalar»ın qarşısı qətiyyətlə alınacaq.
Bu xəbəri paylaşın:
