“Edilli azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə edilib” — Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviterdəki hesabında azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım edib.


Fedai.az xəbər verir ki, Hikmət Hacıyev Edillinin azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə olunduğunu vurğulayıb.


«Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib.

Edilli azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə edilib və mülki şəxslər erməni qüvvələri tərəfindən əsir götürülüb.


Birinci Qarabağ müharibəsindən indiyədək 4000 azərbaycanlı itkin düşüb”, — deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Trendin verdiyi xəbərə görə xarici və yerli KİV nümayəndələri Xocavəndin Edilli kəndində aşkarlanan məzalığa baxış keçiriblər.


Məzarlıq haqqında məlumat verən Şəmsi Şıxəliyev bildirb ki, 1993-cü il avqustun 28-də ermənilər onu girov götürüb.


Həmin vaxt həkim işləyən və Füzulidə yaşayan ailəsinin yanına əşyaları çıxarmağa köməyə gəldiyi zaman erməni hərbiçilər tərəfindən girov götürülüb. 48 gün bu kənddə girov qalıb və həmin müddətdə Füzulinin kəndlərində gedən döyüşlərdə ölən Azərbaycan hərbiçilərinin «KamAz» markalı maşınla daşınıb gətirildiyini, bu kəndin ərazisində kütləvi şəkildə traktorla qazılan quyulara töküldüyünü qeyd edib.


Azərbaycan Respublikasının Əsir və İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu Şəmsi Şıxəliyevin iddiaları əsasında buraya baxış keçirib və kütləvi insan skeletlərinin olduğu müəyyən edilib.

Bu xəbəri paylaşın: