ALLAH İRƏVANDAKI AZƏRBAYCANLI DEPUTATLARIMIZA GÜC və SƏBR VERSİN

Artıq 3-cü gündür ki, İRƏVANDA olan deputatlarımız ermənilərin olmazın hərəkətləri ilə qarşılaşıblar. Belə ki, yüzlərlə erməni tör-töküntüləri deputatlarımızın ata-baba yurdlarına rəsmi olaraq ziyarətlərinin qarşısını aımaq üçün etiraz aksiyaları keçirərək gah yolları bağlayır, gah qaldıqları otelə müdaxılə etmyə cəhd edir, gah da nahar edəcəkləri restoranlara hücum edərək oranı bağlatdırırlar.


Bütün bunlar azmış kimi, hətta «Avronest PA» iclasında iştirak edən hay deputatları da bir tərəfdən, bizim deputatlarla birlikdə şam yeməyindən imtina edirlər, iclasda söz alıb «QARABAĞ heç vaxt Azərbaycanın olmayacaq» sözləri ilə bizimkilərin əsəbləri ilə oynayır, Azərbaycanın 7 rayonu da daxil olmaqla slayt-xəritələr göstərərək yığıncaq iştirakçılarını çaşdırmaq istəyirlər və sair…


Amma halaldır bizimkilərə. İstər-istəməz, bir az əsəbiləşsələr də, heç keflərini pozmadan öz haqlı etirazlarını bildirərək hayların saxtakarlıqlarını ifşa ediirlər. Ən maraqlısı isə belə oldu ki, iclasa sədrlik sırası gələn deputat Tahir Mirkişilinin erməni deputata söz verməməsi hayları lap pərt elədi. Buna dözməyən hay deputatlardan biri yerındən durub qışqıraraq həmkarlarına müraciət etdi:

«Bu qədər də olmaz eee… Görün nə günə qalmışıq ki, bizə öz evimizin içində sözümüzü deməyə icazə vermirlər».


İnşallah öz vəzifə borclarını layiqincə yerinə yetirən deputatlarımız alnı açıq Azərbaycana qayıdacaqlar.


İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: