Hüquq-mühafizə orqanlarının əməkdaşları Kemerovo vilayətindən Ukraynaya döyüşmək üçün gələn rusiyalı OMON-çunu saxlayıb.
Kiyev vilayət polisindən verilən məlumata görə, saxlanılan rus Kemerovo vilayətindən gəldiyini bildirib. Onun sözlərinə görə, rəhbərlik ona hərbi təlimlərə getdiyini deyib.
O, çağırışçı olmadığını və ümumilikdə OMON-un şəhər şəraitində əməliyyat tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulduğunu bildirib.
Əsir bildirib ki, onları avtomobillərlə Ukraynaya aparıblar.
Bu xəbəri paylaşın:
