Prezident Administrasiyasında yeni təyinat

Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri vəzifəsinə təyinat olub.


Fedai.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.


Əmrə əsasən, bu vəzifəyə Prezident Administrasiyasında uzun müddət qeyri-hökumət təşkilatları ilə iş sahəsində çalışan Vüsal Quliyev təyin edilib.

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi yeni təyinat münasibətiylə Vüsal Quliyevi təbrik edir və gələcək fəaliyyətində uğurlar diləyir.

Bu xəbəri paylaşın: