Vladimir Putin və Çin Xalq Respublikasının rəhbəri Si Cinpin arasında telefon danışığı olub. Çin lideri Putinə Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyəcəyini bildirib.
Amma xəbərdə Putinin konkret kiminlə danışmağa hazır olduğu bildirilmir.
Bir qədər əvvəl , ikinci videomüraciətində Ukrayna prezidenti Vladimir Zelenski növbəti dəfə Putini danışıqlar masasına oturmağa çağırıb. «Bütün Ukrayna boyu müharibə gedir. Gəlin danışırlar masası arxasında oturaq. Adamların qırılmasının qarşısını alaq», — deyə Zelenski vurğulayıb.
O, həmçinin Avropanı Ukraynanı müdafiə etməyə çağırıb.
«Əgər bizə belə asta-asta kömək edirsinizsə, özünüzü necə müdafiə edəcəksiniz?”, — deyə o, üzünü Avropa ölkə başçılrına tutub.
Zelenski Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını Avropa üçün təhlükə adlandırıb və buna görə də Avropanı proseslərə daha aktiv qoşulmağa çağırıb.