Rusiyanın Ukraynaya təcavüzü dünyanın demək olar ki, bütün dövlətləri tərəfindən qətiyyətlə pislənir. Lakin təəssüflər olsun ki, bu təcavüzə haqq qazandıran ölkələr da var. Daim gözü özgə torpaqlarında olan, ancaq işğalçılıq düşüncəsi ilə yaşayan ermənilər kimi.
KONKRET.az xarici mənbələrə istinadən xəbər verir ki, separatçıların tərkibində ermənilər də Ukrayna ordusuna qarşı döyüşür. Hətta döyüşlərdə erməni muzdlularının olduğu haqda da məlumatlar yayılıb.
Elə Xarkov şəhərində Ukrayna əsgərləri tərəfindən əsir götürülən erməni muzdlusunun fotosunun yayılması deyilənləri sübuta yetirir.
Ermənilər isə Paşinyan hökumətindən açıqlama tələb edirlər. “Ermənistan hakimiyyəti xalqa nəsə demək istəmir?”, “Bizim əsgər niyə Xarkovda əsir götürülüb?” deyə suallar ünvanlayırlar.
Hər zaman işğalçının yanında olan Ermənistan hökumətinin isə bu suallara veriləcək cavabı yoxdur.
