Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayevin rəhbərliyi ilə XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümünə həsr olunmuş yürüş keçirilib.
Yürüşdə İcra Hakimiyyəti nümayəndələri, ictimaiyyət nümayəndələri ilə yanaşı müharibə veteranları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov iştirak ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: