GÖYGÖLDƏ FACİƏ QURBANLARI ANILIB

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvləri YAP Göygöl rayon təşkilatıyla birgə XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümünə həsr olunmuş tədbirdə və ağacəkmə aksiyasında iştirak etmişlər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.

Həbib Hüseynov bildirdi ki, Göygöl rayon YAP təşkilatıyla birgə tədbirlərdə iştirakla yanaşı 3 Xocalı rayonundan olan ailəyə də baş çəkiblər. Ağacəkmə aksiyasında YAP və AVMVİB üzvləri ağac əkiblər.

Bu xəbəri paylaşın: