Kiyev yaxınlığındakı Qostomel hava limanında Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev bu gün məhv edilib.
Fedai.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
«Çeçenlərin Ukraynada itkiləri var. Mənbəmiz bildirir ki, Kadırovun generalı, Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev öldürülüb. Bu, Putin və Kadırovun ən elit bölmələrindən biridir. Bizim artilleriya çeçen sütununu məhv etdi, çeçen cəsədləri Ukrayna torpağında yatır» – Vertical teleqram kanalı xəbər verir.
Bu xəbəri paylaşın: