İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. İnsan oğlu bir dünyadır həyatda, Qoca dünya məndə, səndə yaşayır. İnsan üçün ömrə bəzək olan ad günü hər il xüsusilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığı, humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təvazökarlığı eləcə də vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmiş ehtiyatda olan polkovnik İsmayılov Azad Şamil oğludur. Fevral ayının 27- də onun 54 yaşı tamam olur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Silahlı Qüvvələr və müharibə veteranı, ehtiyatda olan polkovnik İsmayılov Azad Şamil oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzulayır.
Polkovnik İsmayılov Azad Şamil oğlu 27 fevral 1968 -cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
O, 1986 -cı ildə Bakı şəhərində 88 saylı texniki peşə məktəbi, 1993-cü ildə Paltava Ali Hərbi Rabitə Komandirlər məktəbini, 1997-ci ildə Bakı şəhərində Rabitə kollecini, 2003 -cü ildə isə Texniki Universiteti bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki təlim- toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib.
Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik Azad İsmayılov 1993- 2016 -cı illərdə Daxili İşlər Nazirliyinin Daxili qoşunların Baş İdarəsinin Nərimanov, Binəqədi rayonlarında yerləşən hərbi hissədə və Dayaq Rabitə Qovşağında, Dayaq Rabitə Qovşaq rəisinin müavini, Hərbi hissənin Rabitə xidmətinin rəisi, DQBİ- nin Qərargahında isə Rabitə və AİS şöbəsinin baş zabiti
və Şöbə rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, Şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fərqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz Xidmətlərə Görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90-illiyi və 95-iliyi yubiley medalları ilə təltif edilib. Həmçinin Azərbaycan Respublikasının Prezıdentının 6 may 2005- ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcunu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və şücaət göstərdiyinə görə «Hərbi xidmətlərinə görə» medalı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AZAD BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev