Ukrayna baş nazirinin müavini İrina Vereşçuk Beynəlxalq Qızıl Xaç Komitəsindən Ukrayna ərazisində həlak olan rus əsgərlərinin cəsədlərini Rusiya Federasiyasına qaytarmağı xahiş edib.
«Biz Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə müraciət edirik. Beynəlxalq Qızıl Xaç Cəmiyyətindən rus əsgərlərinin cəsədlərinin Rusiya Federasiyasına aparılmasına köməklik göstərməsini istəyirikk. Onların sayı minlərlə ölçülür”, — deyə Vereşçuk bildirib.
Bundan əlavə, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko axşam saatlarında rəsmi Kiyevin rus hərbçilərinin qohumları üçün qaynar xəttin açılacağını söyləyib .

Hərbi əməliyyatın üç günü ərzində Rusiya Müdafiə Nazirliyi bir dəfə də olsun hərbi kontingent arasında ölən və yaralananların sayını açıqlamayıb. Ukrayna tərəfi daha əvvəl iddia etmişdi ki, şənbə günü səhərə qədər Rusiya 3 minə yaxın insan itirib, lakin digər mənbələrdən bu məlumatın təsdiqi yoxdur.
Mənbə: www.anews.az
