Ukrayna və Rusiya rəsmiləri arasında danışıqların başlanmasına dəqiqələr qalıb

Ukrayna nümayəndə heyəti ilə Rusiya nümayəndə heyəti arasında danışıqlar hələ başlamayıb.

Bu barədə telemarafonda Ukraynanın xalq deputatı Yevgeni Kravçuk (“Xalqın qulluqçusu” fraksiyasından) məlumat verib.

O qeyd edib: «Danışıqlar hələ başlamayıblar. Biz David Araxamia ilə (Xalqın qulluqçusu fraksiyasının rəhbəri –red.) əlaqə saxlayırıq, o, danışıqlar qrupundadır. Onlar indi Polşa helikopterində uçurlar. Çünki bizim nümayəndə heyətimiz başa düşdü ki, belaruslar, ruslar hər an xəyanət edə bilər. Ona görə də bizim nümayəndə heyətimiz Polşadan keçdi”.

Kravçukun sözlərinə görə, danışıqlar saat yarımdan (artıq 1 saatdan da az qalıb) sonra başlayacaq.

Fevralın 27-də Ukrayna prezidenti Vladimir Zelenski ilə özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenko arasında telefon danışığı nəticəsində Ukrayna nümayəndə heyətinin Pripyat çayının ərazisində Rusiya ilə görüşü barədə razılıq əldə olunub.

Lukaşenko daha əvvəl bəyan edib ki, o, “səyahət, danışıqlar və Ukrayna nümayəndə heyətinin geri qayıtması zamanı Belarus ərazisində yerləşdirilmiş bütün təyyarələr, helikopterlər və raketlərin yerdə qalmasına görə məsuliyyəti öz üzərinə götürüb”.

Bu xəbəri paylaşın: