Azərbaycan Vətən Müharibəsi Vetiranlari İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı ehtiyatda olan mayor Baxtiozin Faik Sadiq oğlunu dogum gunu munasbətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.
Arzu edirik ki, Faik Baxtiozinin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !
Müharibə Veteranı ehtiyatda olan mayor Baxtiozin Faik Sadiq oğlu 28 yanvar 1958 — ci ildə Bakı şəhərində anadan olub.
O, 1974 — cü ildə Bakı şəhərində 47 nömrəli orta məktəbi, 1978 -ci ildə Bakı şəhərində Rabitə texnikomunu, 1986 -cı ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hərbi fakültəsini bitirib. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Əlahiddə böluk komandiri vəzifəsində xidmət etdiyi illər ərzində, müvafiq ixtisas artırma kurslarda olub, bir çox metodiki- təlim toplanışlarda, təlimlərdə, seminar və konfranslarda isə fəal iştirak edib.
Faik Sadiq oğlu Baxtiozin 1979-1981-ci illərdə Sovet Ordusunda müdddətli həqqi hərbi xidmətdə olub. 1986 — 1991-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə hərbi müəllim, 1993- 2000 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Əlahiddə Komendant bölüyün komandiri vəzifəsində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib .
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Faik Sadiq oğlu Baxtiozin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə Veteranıdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi tərəfindən müvafiq medallarla, əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hediyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN,FAİK BƏY!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev











