TƏBRİK: ƏLİYEV RƏŞİD ŞƏHRALI OĞLU — 56

     Yüksək peşəkarlığı və humanistliyi,nəzəri və praktiki biliyi ,işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi,sadəliyi və səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün  26 ildən çox şərəfli xidməti yolunu Daxili İşlər Orqanlarında və Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş Silahlı Qüvvələr Veteranı ehtiyatda olan mayor  Əliyev Rəşid  Şəhralı oğlunun mart ayının 3-də 56 yaşı tamam olur.

      Avmvib rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Silahlı Qüvvələr Veteranı  ehtiyatda olan mayor Əliyev Rəşid Şəhralı oğlunu doğum günü munasbətilə təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Arzu edirik ki Rəşid Əlıyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Mayor Əliyev Rəşid Şəhralı oğlu 03 mart 1966- cı ildə Qırğızıstan Respublikasının OŞ vilayətində ziyalı ailəsində anadan olub.

       1983-ci ildə  Qırğızıstan respublikasının Oş vilayətində orta məktəbi, 1989- cu ildə  Frunze şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Xüsusi orta milis məktəbini,  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə  Daxili  Daxili Qoşunların Baş idarəsinin  Xəzər rayonunda yerləşən Hərbi Məktəbdə zabitlərin ixtisas artırma kursunu bitrib. Daxil Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirən kurslarda, metodiki- təlim toplanışlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

       Rəşid Əliyev  1984- 1986 -ci illərdə Sovet ordusunda müdddətli həqqi hərbi xidmətdə olub.

      1989-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin İrkutski şəhərində yerləşən Polis İdarəsinin  cinayət -axtarış şöbəsində müvafiq vəzifələrdə işləyib.  1995-2015-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarınd Baş İdarəsinin Çəncə şəhərində, Qazax və Zaqatala rayonlarında yerləşən hərbi hissələrdə və Əlahiddə  bölmələrdə, taqım komandiri, böluk komandiri,  taborun qərargah rəisi,   Mənzil İstismar Xidmətinin  rəisi vəzifələrində  Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O Daxili Qoşunlar Kamandanın müvafiq əmrləri ilə  Daxili Qoşunların Zaqatala rayonunda yerləşən hərbi hissədə  tabor komandiri  və hərbi hissə komandirinin MTT üzrə müavini vəzifələrini icra etmişdir.

      Rəşid Əliyev Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra 2018 — 2021-ci illərdə  Gəncə şəhər Baş Dəmir yol İdarəsində  Təhlükəsizlik Xidmətinin rəis müavini  vəzifəsində işləyib.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

      O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz Xidmətlərə Görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90-illiyi  və 95-iliyi yubiley  medallarl ılə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏŞİD BƏY!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: