RUSİYA TƏRƏFİ. Ukrayna ilə danışıqların üçüncü raundunun yekunlarından sonra Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski Rusiyanın danışıqların yeni raundundan gözləntilərinin özünü doğrultmadığını bildirib.
«Ancaq ümid edirik ki, növbəti dəfə irəliyə doğru daha əsaslı addım ata biləcəyik» — deyib.
Medinski əlavə edib ki, tərəflər uzun müddət humanitar dəhlizlər problemini müzakirə ediblər — onun sözlərinə görə, Ukraynanın qurudakı qüvvələri komandanlığın əmrlərinə əməl etmir. O, sabahdan dəhlizlərin işə başlayacağına ümid etdiyini bildirib: “Biz sualı dəqiq şəkildə qoyuruq”.
Müsbət bir şey haqqında danışmaq hələ tezdir, deyə Rusiya nümayəndəsi sözünə davam edib.
UKRAYNA TƏRƏFİ. Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında Belarusda danışıqlar başa çatıb.
Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Twitter-də paylaşım edib.
Podolyak deyib ki, danışıqların üçüncü raundu zamanı humanitar dəhlizlərlə bağlı “bəzi müsbət nəticələr” əldə olunub, lakin Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıran heç bir nəticə yoxdur.
Podolyakın deyib: «Danışıqların üçüncü raundu başa çatıb. Biz humanitar dəhlizlərin maddi-texniki təminatı baxımından müəyyən müsbət nəticələr əldə etmişik. Onlarda dəyişikliklər ediləcək. Biz bu gün Rusiyanın təcavüzündən əziyyət çəkən insanlara daha səmərəli yardım alacağıq.
Atəşkəs və ümumilikdə hərbi əməliyyatlara son qoyulmasını ehtiva edən əsas siyasi yol baxımından intensiv məsləhətləşmələr davam edəcək. Bu günə qədər vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıran heç bir nəticə yoxdur. Bununla belə, məsləhətləşmələr davam edəcək və nəticə əldə edəcəyik”.
RUSİYA. Danışıqların həmən ardından Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib: “Ukrayna tərəfi şərtlərimizə əməl edərsə, Rusiya hərbi əməliyyatları dayandıracaq”.
“Konstitusiyada Ukraynanın hər hansısa blokda yer almasını rədd edəcək düzəlişlər edilməlidir. Bu sadəcə konstitusiyada edilən dəyişikliklərlə mümkün ola bilər. Ukrayna tərəfi ilə Krımın Rusiya torpağı, Donetsk və Luqanskı müstəqil ölkə kimi tanımasını da müzakirə etdik. Hamısı bu qədər. Şərtlər yerinə yetirilsə hərbi əməliyyat dərhal dayandırılacaq”.
UKRAYNA. Prezident Vladimir Zelenski Ukraynanın paytaxtını tərk etmək fikrində deyil.
Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podolyak deyib.
“Zelenski Kiyevi tərk etməyəcək. O, sözün yaxşı mənasında dəli adamdır. O qorxmur. Zelenski ölkənin daxilində, ürəyində olmalıdır. Bizim prezidentimiz böyük ürəyi olan insandır. O, istənilən zərbəyə tab gətirməyə hazırdır. Heç bir xarici faktorun təsiri altında sınmayacaq”,- Podolyak bildirib.
Ukrayna və Rusiya Fererasiyası arasında danışıqların dördüncü raundu da Belarus ərazisində keçiriləcək.
Bu barədə Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski məlumat verib. O, əlavə edib ki, görüşün dəqiq yeri və vaxtı yaxın günlərdə məlum olacaq.
