Çerniqov vilayətində ukraynalı döyüşçülər 10 işlək tankı ələ keçirdilər

Ukrayna Silahlı Qüvvələrinin Çerniqov vilayətindəki bölmələri rus işğalçıları ilə uğurlu döyüş nəticəsində 10 işlək tankı, bir zenit-raket kompleksi və təxliyə üçün bir döyüş maşını ələ keçirdilər.

Bunu Şimal Əməliyyat Komandanlığı yayıb.

Məlumatda deyilir: «Bu gün Çerniqov vilayətində Ordu bölmələrindən biri olan «Sever» birləşməsi sayca üstün düşmən qüvvələri ilə döyüşürdü.

Bu döyüş nəticəsində indi 10 işlək tankımız, 1 ədəd zenit-raket kompleksimiz və zirehli bərpa maşınımız oldu.

Öz müdafiəçilərinizə inanın!»

Martın 10-da ukraynalı müdafiəçilər daha bir Pantsir-S1 hava hücumundan müdafiə sistemini rus işğalçılarından qənimət götürüblər. Bəzi hesablamalara görə, onun ixrac dəyəri 20 milyon dollara çatır.

Bu xəbəri paylaşın: