AĞDƏRƏDƏ NƏLƏR OLDU?
Ağdərə azərbaycanlılarının həm əsrin əvvəllərində, həm də indi kimsəsiz buraxılmasında Azərbaycan başbilənlərinin günahları böyükdür. Əsrin əvvəllərində dəfələrlə əldən-ələ keçmiş və dörd dəfə yandırılmış bu kəndlər 1918-ci ilin mart günlərində, 1905-ci ilin oktyabr. Noyabr günlərindəki qədər köməksiz və baxımsız olmuşdur. Xatırlatsaq ki, 1905-ci ildə heç bir hakimiyyət orqanımız olmayıb, onda 1905-ci il faciəsinin böyülklüyünü təsəvvür etmək mümkünsüz olar. M.S. Ordubadi “Qanlı illər” kitabında yazırdı: “3-cü sahədə islam göyləri… Dəmirli, Hacıqərvənd, Çıraqlı, Ümidli, İmarət-Qərvənd, Göynəpay, (Güneypəyə — X.R.), Əliağalı (Ağdam rayonu), Şəxavənd (Qalayçılar – X.R.), Sırxavənd, İsmayılbəyli, kimi dağlıq göylərindən ibarətdir ki, Kolanlar (kolanılar – X.R.) adlandırılmışdır”.

Bu kitabda müraciət heç də təsadüfi deyil. O vaxt və bu vaxt arasında oxşar cəhətləri tutuşdurduqda eyni milli dəsti-xəttin şahidi oluruq. Satqın bəyləri (bu söz şərtidir) bu rəhbərləri, köməksiz məzlum qara camaat düşmən qabağından qaçmaq. Fəqət biz istəsək də, istəməsək də tarix bizi ifşa edir və yəqin ki, buna layiqik. Çünki nəyə qadiriksə, ona layiqik.
Sırxavənd hadisələri. 1905-ci il oktyabr. Sırxavənd sakinləri Abbasqulu və İmam Həsənxan oğlu meşədə öldürülüb yandırılmışdır. 1991-ci ildə İmam Həsənoğlunun və Abbasqulu yandırılan yerdə Novruz İmanov və oğlu və Həsənov Qəzənfər oğlu ilə birgə yandırılıb. 1905-ci il 3 oktyabrda Hamazaspın rəhbərliyi ilə Sırxavəndə hücum başlanır.
M.S.Ordubadi yazır: “Sırxavənd kəndi islam cəsədləri ilə dolub qandan çoxlu göl əmələ gəlmişdi. Əlağalı kəndi də dağıdılmışdı. Vəhşi yırtıcılar südəmər körpələri beşiyi ilə odlayıb, bəzən də anasının qucağından alıb divarlara vurmaqla parça-parça edir, süngülərə keçirirdilər. Cavanşir bəyləri isə naçalnik Pivarovla hər gün bir ziyafətxana da keyf çəkməkdə, gün keçirməkdə idilər”…
1905-ci il, 27 noyabr. Dəmirli faciəsi. Xatırladaq ki, bu kənd elə o vaxtdan da işğal altında olmuş və yalnız 1992-ci ildə azad edilmişdi. Ermənilər bu kəndi dörd tərəfdən əhatə edərək hücuma keçirdilər. M.S.Ordubadi yazırdı: «On min camaatın qarşısında dörd nəfər kimsəsiz islam axşama qədər kəndi mühafizə edirdilər. Qalan camaat isə ailələrini götürüb düzlərə və Çıraqlı kəndinə dağılmağa davam edirlər…
Bu müharibədə can tələfatı 8 nəfər, ermənidən isə 40 nəfərə qədər olmuşdur”.
“31 noyabr 1905-ci ildə Hacıqərvənd və Çıraqlı (Moxrataq)” kəndlərində faciə baş verdi. “Xatırladırıq ki, hər iki kənd 89 ildir ki, Azərbaycan rəhbərliyinin vətənpərvərliyi” sayəsində işğal altındadır. Yalnız 1992-ci ildə müvəqqəti azad edilmişdir. M.S.Ordubadi yazır: ”Bu kəndlərdə tələf olan islamların sayı 10 nəfər, ermənilərin sayı isə 100 nəfərə qədərdir”.
1905-ci il, 25 dekabr. Erməni əhatəsində tənha qalan Umudlu kəndi bu tarixdə köməyə başlayır. Heyvalı (Drombon) adlı kəndinin yanına yetişməkdə Abram bəy Həsən Cəlalov bunlara rast gəlir və Heyvalıda qalmalarını təklif edir.
İsmayıl kəndxuda ona inanıb razılıq verir.
M. S. Ordubadi yazırdı: “Bu halı görən əliboş camaat nə edəcəklərini bilmirlər. Əvvəlcə kişiləri övrətlərindən ayırıb başlarını kəsir, sonra övrətlərin bir hissəsini saxlayıb, bir hissəsini də öldürürlər.
“Bu qarışıqlıqda həmən insanların sallaqxanasından ancaq 30 nəfər canının qurtarmışdır ki, bu sözləri nəql eləyirlər”…
Sonra İmarət – Qərvənd kəndini də işğal edən ermənilər Xaçın və Qabartı dərəsi kəndlərinə keçirlər. Bu hadisələrdən 90 ilə yaxın bir vaxt keçir. Dəyişən nədir?
Biz unutduq, fəqət bir şeyi unutduq. Düşmən əhatəsində yaşaya-yaşaya dost obrazı yaratdıq. Sanki milli yaddaşsızlıq xəstəliyinə tutulmuşduq.
Bəs 90 il sonra ərazidə nələr baş verdi? Ağdərədə nələr oldu?
Dağlıq Qarabağda ilkin olaraq Qaralar kəndi və Gəncxana adlı fəhlə qəsəbəsi yandırılır. Hakimiyyət orqanları, nəinki bu faktları dünyaya yayırlar, hətta susmağa üstünlük verirlər. Üstəlik, Qazançı kəndinin ərazisində məskunlaşmaq istəyən Yeni Qaralar əhalisi üçün maneçilik törətməyə başlayırlar. (1989-1990).
Yerli ziyalıların nümayəndəsi Vaqif Sarıkişiyev yazırdı: “1989-cu ilin noyabr ayında xəbər gəldi ki, Ağdərənin Gəncxana adlı kəndində 3000 erməni quldur hücum etmiş və xeyli adamı girov götürmüşlər…
… Baş Güneypəyə kənd sakini İsmayıl Həsənovu Ermənilər tutub 21 gün işğəncə veriblər.
… 1992-ci ildə Sırxavəndə kəndinə ermənilərin birinci, böyük hücumu oldu. Döyüşdə 21 nəfər erməni əsgəri məhv edildi…
Biz ciddi surətdə gizli qisasçı “Kolanı” təşkilatı yaratdıq. Üzvlər konspirasiya üsulu ilə bir-biriylə əlaqə saxlasyır və heç indi də onların haradan idarə olunduqlarını bilmirdilər. Bütün bu dövr ərzində hakim dairələr bizə kömək etməmişlər. Camaat özü öz müdafiəsini təşkil etməyə başlamışdı… (P.S. qəzeti 6 aprel 1993-cü il).
Vaqif Sarıkişiyev yazırdı: “Kolanı” qisasçı təşkilatı irili-xırdalı 15 əməliyyat keçirmikş və əməliyyatların hamısını qabiliyyətlə başa çatdırmışdı. Yalnız Cahid Gəncəliyev xüsusi qəhrəmanlıq göstərərək şəhid olmuşdu.
Martın 12-də Manikli-Sırxavənd arası 7 kəndin faciəsi baş verdi.
Təxminən 40-dan artıq zirehli texnika və 10 minə yaxın qüvvə ilə düşmən hücuma keçdi. İnsan dar günündə kömək gözləyib onu görməyəndə dəhşətli olur”. (“Azad Azərbaycan” qəzeti 16 dekabr 1992-ci il).
“KOLANI” QISASÇI TƏŞKILATI
Bu təşkilat hökumət biganəliyinin yaratdığı boşluğu doldurmaq və kənd cavanlarını birləşdirmək məqsədiylə yaranmışdı. Əsas təşkilatçı və rəhbəri Xatınbəyli kənd orta məktəbinin direktoru, şəhid atası, “Azərbaycan Bayrağı” ordeniylə təltif olunan qəhrəman Altay Sarıkişiyevin atası Vaqif İbrahim oğlu Sarıkişiyev idi. Təşkilatın fəaliyyət proqramını jurnalist Xaqani Rzaquliyevlə birgə hazırlayaraq fəaliyyətə başlamışdılar. Təşkilat 100-ə qədər şəxsi öz ətrafında birləşdirərək erməniləri daim vahimə altında saxlayırdı.
Onun əsas planlarını Aliyev Möhü, Həsənov İsmayıl və Həsənov Rəfayıl qardaşları hazırlayıb həyata keçirirdilər. İsmayıl Həsənov 21 gün ermənilərin işgəncələrinə məruz qalan ilk azərbaycanlı idi. Onu xüsusi bir erməni dəstəsi günlərlə izləyib tutmuşdu və bu gün fəxrlə demək olar ki, Azərbaycanda ikinci bir adam tapmaq olmaz ki, onun qədər düşmənə zərbə vursun. İstər texnika, istər canlı qüvvəsini məhv etsin. Əfsuslar olsun ki, Əlahiddə kəşfiyyat rotasının komandiri olmuş bu şəxsi mükafatlandırmaq əvəzinə, dəfələrlə təzyiqlərə məruz qoymuşlar. İstərsə də Vətən yolunda öz doğma balasına qıymış Vaqif Sarıkişiyevin özü, nə də yaratdığı təşkilast layiq olduğu adla mükafatlandırılmayıb. Ağdərənin azərbaycanlı kəndlərinin işğalından sonra da silahı yerə qoymayan bu təşkilat, məhz Ağdamda Əlahiddə kəşfiyyat rotası kimi fəaliyyətinin davam etdirmiş və Ağdərənin azad olunmasında daim ön dəstədə olmuşlar.
Bir faktı xatırladım ki, Ağdərə azad edildikdən sonra rayon prokurorluğundan təşkilat üzvlərinin məhkum olunması haqqında “Məhkəmə işi” sənədləri götürülmüş və buradan aydın olmuşdur ki, ermənilər təşkilat üzvlərinə 8- 10 il iş kəsmişlər.
Sənədlər saxlanılır.

“Azad Azərbaycan” qəzeti yazırdı: “Vəziyyətdən çıxmaq üçün dörd kəndin qeyrətli oğullarını birləşdirmək üçün təşkilat yaratmaq lazım idi. Belə bir təşkilat yarandı. (16 dekabr 1992-ci il)”.
“Müxalifət” qəzeti yazırdı: “Bu vaxta qədər qeyri-formal “Kolanı”təşkilatı dəfələrlə düşmən arxasına keçir, erməni faşistlərinə dinclik vermirdilər”.
Təşkilat üzvlərindən şəhid olmuş Cəlal Quliyev, Möhü Aliyev, Əli Qurbanov, Cahid Gəncəliyev, Altay Sarıkişiyev, Ziyadxan Aslanov, Nazim Xanquliyev, Ələddin Abdullayev, Alim Göyüşov, Əvəz Novruzov və başqalarının xüsusi xidmətləri omuşdur.
Kərəmlinin yandırılması bütün Azərbaycanı sarsıtdı. İllərcə düşmənə layiqli cavab verən bir kənd məhv edildi. Azərbaycan susdu. Umudlu dişiylə, dırnağıyla uzunsürən blokada şəraitində yaşadı. Azərbaycan susdu. Çərəkdar kəndi onlarca igid itirdi.
Düşmənə sağalmaz yara vurdu və Ağdərə azərbaycanlılarının sonadək döyüşən məntəqəsi sayıldı. Azərbaycan susdu. Sırxavənd onlarla oğlu itirdi, müdafiə olundu və çoxminlik düşmən qarşısında tənha qaldı. Azərbaycan susdu…
Ən böyük haqsızlıqlarla rastlaşan, öz dədə-baba yerindən didərgin düşən və Yeni Qaralar adlı bir kənd salan Qaralar yenidən yandırıldı. Narışlar oda qalandı. Azərbaycan susdu…
Bu 30 ildə Ağdərədə nələr olmadı. Tarix öz gözüylə yüzlərlə igidin qəhrəman kimi həlak olduğunu gördü, torpaqlara kömülmüş oğlulların ruhuyla müqəddəsləşən məmləkət öz varlığıyla titrəmədi, coşmadı və haqsız tarixin yaxasından yapışıb öz haqqını qoparmadı. Bu gün Ağdərə faciəsi ümumi Azərbaycan faciəsi fonunda bir damladı. Sadəcə tarix üçün söyləməliydik: “Ağdərədə nələr oldu?”.
(X. Rzaquliyev. R. Quluzadə «Ağdərədə nələr oldu?» kitabından)
12 mart 2018-ci il
P.S. 30 il öncə elə bu gün bir ölkənin gözləri qarşısında bir elat tənha qalmışdı. Allah ümidinə düşmənlə çarpışdı və düşmənə ağır zərbələr endirdi. Bu gün Şanlı Ordumuz və Ali Baş Komandanımız sayəsində torpaqlarımız qismən azad edilsə də, hələ də Ağdərə düşmən tapdağında inləməkdədir…







