Rusiya ilə danışıqlar davam edir, atəşkəs və qoşunların Ukraynadan çıxarılması müzakirə olunur — Podolyak

Martın 15-də keçirilən danışıqlarda Ukrayna və Rusiya nümayəndə heyətləri atəşkəs və Rusiya qoşunlarının Ukraynadan çıxarılması məsələlərini müzakirə edirlər.

Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Twitterdə belə bir paylaşım edib.

Müzakirələr bu məsələlər ətrafında gedir: «Danışıqlar davam edir. Əsas danışıqlar platforması üzrə məsləhətləşmələr bərpa olunub. Ümumi nizamlanma, atəşkəs, qoşunların ölkə ərazisindən çıxarılması…»

Kreml Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Ukraynadakı silahlı münaqişənin nizamlanması üzrə danışıqların davam etməsini müsbət qiymətləndirib.

Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hazırda iki nümayəndə heyəti arasında iş gedir və bu videokonfrans vasitəsilə həyata keçirilir. İş mürəkkəbdir və yəqin ki, bu halda bu işin davam etdirilməsi faktının özü müsbətdir. Biz hələlik proqnoz vermək istəmirik, ilk növbədə iki ölkənin ictimaiyyətini məlumatlandırmaq mümkün olacaq real nəticələr olana qədər gözləyəcəyik”.

Video formatda keçirilən Rusiya-Ukrayna danışıqlarının dördüncü raundu bir gün əvvəl başlayıb. Tərəflər martın 15-dək «texniki fasilə» veriblər.

Ukrayna prezidenti Vladimir Zelenski danışıqları çətin proses adlandırıb. Zelenskinin ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç sülh sazişinin ən geci may ayında bir-iki həftə ərzində bağlana biləcəyini təklif edib.

Peskov bildirib ki, Kreml razılaşmanın tarixi və sənədlərin formatının ictimai müzakirəsi ilə bağlı proqnozlar verməklə tələsmək istəməz. O, həmçinin sazişin icrasına qarant qismində digər ölkələrin cəlb edilməsinin planlaşdırılıb qatılması sualına cavab verməkdən imtina edib.

Bu xəbəri paylaşın: