Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin üzvü Həsənov Əliyar Əliəşrəf oğlunu Daxili Qoşunların yaranmasının 30-illiyi münasibətilə, “Böyük Zəfər” və «Müharibə veteranı» medallları ilə təltif olunması ilə əlaqədar olaraq, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev onu təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Həsənov Əliyar Əliəşrəf oğlu 02 aprel 1961 -ci ildə Azərbaycan Respublikasının Saatlı rayonun Qaracalar kəndində anadan olub.
1978 -cü ildə Saatlı rayon Qaracalar kənd orta məktəbini 1985 — ci ildə isə Azərbaycan Xalıq Təsərrüfatı İnstitutunu bitirib. O, Azərbaycan Ordusunda və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox kurslarda, metodiki təlim tioplanışlarda , təlimlərdə , seminar və konfranslarda fəal iştirak edib.
1986-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Moskva şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1992-1996-cı illərdə Azərbaycan Ordusunun döyüşbölgələrində yerləşən hərbi hissələrində taqım və bölük komandiri, əlahiddə tabor komandirinin müavini, 1996-2004-cü illərdə isə Daxili Qoşunların Nərimanov, Binəqədi və Xəzər rayonlarında yerləşən hərbi hissələrində xidmət rəisi,Daxili Qoşunların Baş İdarəsinin Maddi-texniki təminat idasrəsində isə baş zabit vəzifələrində Vətənə, Dövlətə və Xalqa saədaqətlə xidmət etmişdir.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ( Ağdərə, Ağdam, Tər-tər və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincəgəlmişdir.
Döyüş hazırlığındakı əla göstəricilərə ,döyüş xidmətində, döyüş növbəsində , döyüş əməliyyatlarında xüsusi fəriqləndiyinə, eləcədə Silahlı Qüvvələr və Müharibə Veteranı kimi İctimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə SSRİ Ali Soveti, Azərbaycan Respublikası Prezidenti adından «Silahlı Qüvvələr Veterani», «Qüsursuz Xidmətlərə görə isə 1-ci ,2-ci və 3-cü dərəcəli, » Silahlı Qüvvələrin yaranmasının» 70- illiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəyasət heyətinin müvafiq qərarları ilə isə AVMVİB — nin təsis etdiyi «Müharibə Veteranı» və «Böyük Zəfər» Xatirə medalları ilə təltif edilib.
Təltif mərasimində AVMVİB sədrinin müavini İslam Səfərov da iştirak edirdi.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev



