Borunu təmir edən biz, təşəkkürü alan Volkovun erməniməramlı «bandası»…ВОЛКОВ ИДИ ДОМОЙ!

Ermənistan mətbuatı Şuşa yaxınlığından (Zarıslı kəndi ərazisindən) keçən qaz kəmərinin təmirinə başlanıldığı barədə xəbər yayıb.

Bildirilir ki, Ermənistandan Qarabağa gedən qaz kəməri Azərbaycan tərəfindən təmir olunur. Hələlik Azərbaycan tərəf bununla bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, Ermənistandan Qarabağa çəkilən qaz kəməri martın 8-də qəza baş verməsi səbəbindən ermənilər qazsız qalmışdı. Ondan sonra Xankəndidə elektrik enerjisi ilə bağlı da problemlər yaranmışdı.

Borunu təmir edən biz, təşəkkürü alan Volkovun erməniməramlı «bandası». Volkov bütün mövcud sazişin bəndlərini tapdalamaqla məşğuldur. Erməni tut arağından içirdib bu rus generalını «əl buyruqçusuna» çeviriblər. Bu özündən müştəbeh general qırığı o qədər həyasızlaşıb ki, Xocavənd rayonunda bizim hərbçilərin üzərinə gedib. Arağın təsiriylə və erməni fitvasıyla qeyzlənən generala dərs vermək əvəzinə, əldə etdiyimiz məlumata görə rus təhsilli zabitlərimiz onun tabeçiliyindəkilər kimi bu özünü və həddini bilməzin pişvazına çıxaraq, raport vermişlər. Bu faktı aidiyyatlı qurumlar araşdırmalıdır. Bir ölkənin bir qanunu var. Rus olmursan, ayı ol və bu qanuna tabeçilik göstərməyin məcburidir. Yoxsa bu kor bağırsaq kimi saxladıqları ərazidə Volkov və onun qanunsuz «soldatları» təzə «Axçiqistan» dövləti qururlar, xəbərimiz yoxdur?

Biz bunu «sülhməramlı» adıyla ölkəmizə soxulan bandanın tərkibində çox saylı genekoloqlar olduğunu yazıb xəbərdarlıq etmişdik. Amma Volkov çox çalışsa da qalan «harsınların» doğuş üçün müddətləri çoxdan bitib…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: