Yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi ,sadəliyi və səmimiyyəti təcavüzkarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 39 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan polkovnik Məmmədov Arif Məmməd oğlunun mart ayının 17 — də 67 yaşı tamam olur.
Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan polkovnik Məmmədov Arif Məmməd oğlunu doğum günü munasibəti ilə təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Polkovnik Arif Məmmədovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.Amin!
Polkovnik Məmmədov Arif Məmməd oğlu 17 mart 1955 -ci ildə Bakı şəhərində hərbici ailəsində anadan olub. Arif Məmmədovun atası Məmmədov Məmməd uzun müddət Respublika Hərbi Komissarlığın mərkəzi aparatının müvafiq şöbəsində və Xacmaz rayon hərbi komissarlığında müxtəlif rəhbər vəzifələrdə işləyib.
1972 — ci ilərdə Bakı şəhərində orta məktəbi, 1977 — ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyat İnstitutunu ,1984 -cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların LKGİ-nin 60 illiyi adına Sankt- Peterburq (Leninqrad) Ali Hərbi Siyası məktəbini bitirib. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Tiflis və Bakı şəhərlərində yerləşən Diviziyalarında, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində keçirilən kurslarda, metodiki- təlim toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib. Hərbi təcürbə mübadiləsi əldə etmək üçün bir sıra Xarici ölkələrdə işgüzar səfərdə olub.
Arif Məmmədov 1973- 1974- cü illərdə Sovet ordusunda müdddətli həqiqi hərbi xidmətdə olub.

1978 -1984- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 69 -cu və 5-ci Divizyalarının Bakı şəhərində yerləşən konvoy- mühafizə alayında geyim xidməti üzrə müvafiq vəzifələrdə, 1984- 1991- ci illərdə isə həmin alayda geyim xidmət rəisi vəzifəsində işləyib.
1992- 2015 — ci illərdə Azərbaycan Respublikasının Lənkəran, Nərimanov və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində hərbi hissə komandirinin Maddi — texniki təminat xidmətləri üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin Maddi — Texniki Təminat İdarəsində isə Geyim xidmətinin rəisi vəzifələrində Vətənə ,Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Polkovnik Məmmədov Arif Məmməd oğlu Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daimi qələbə qazanmışdır.Bu insan üçünn ən meyar başlıca qürurunu saxlamaqdan ibarət olub. O, harada və hansı vəzifələrdə xidmət etməsinə baxmayaraq öz xidməti vəzifələrinin layıqıncə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsiində həmişə pirinspial mövqe tutmuşdur.
Arif Məmmədov həmışə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığını gözləmiş, nüfuzunu qorumuş, vüqarını daima yüksək səviyyədə saxlayaraq, alnı açıq və başı uca gəzmişdir. Xalqa, elə etdiklərini, sinəsi el -oba qeyrətli, vətən qüdrətli öz fəaliyyətini həmişə yüksək göstərmişdir.
İstefada olan polkovnik Arif Məmməd oğlu Məmmədov DQBİ-də və hərbi hissələrdə xidmət etdiyi illər ərzində tutduğu vəzifə sahələri üzrə, müasir tələblərə əsasən normativ — hüquqi aktların (sənədlərin və təlimatların) hazırlanmasında, hərbi hissələrin və əlahiddə bölmələrin lazımi təminat növləri üzrə əşya və avadanlıqlarla (qurğularla) təmin edilməsində, peşəkar zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kiçik mütəxəssislərin yetişdirilməsində (hazırlanmasında) Daxili Qoşunlara və hərbi hissələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində xüsusi əməyi olmuşdur.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində,cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,
Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə SSRİ Ali Soveti adından, Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Silahlı Qüvvələr Veteranı, Qüsursuz Xidmətlərə görə 1-ci, 2-ci və 3 dərəcəli , Silahlı Qüvvələrin yaranmasının isə 70-iliyi, 10 illiyi, 90-illyi və 95-iliyi yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respublika Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində, hərbi borcu, xidməti vəzifə vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə «Hərbi Xidmətlərə Görə » medalı ilə təltif edilib.

38 — ildən çoxdur ki, polkovnik Arif Məmmədovu tanıyıram, onunla bir ildə1984-cü ildə SSRİ Daxili İşlər Nazirinin Daxili Qoşunların LKGİN-in 60 illiç adına Leninqarad Ali Hərbi Məktəbi bitirmişik. Daxili Qoşunlarda bır kollektivdə xidmət etmişik və onunla dostluq edirik. Allah- Təala ondan razı olsun. Onu və onun ailəsini Uca Yaradan xoşbəxt etsin. Onların bu dünyasını gözəl, bərəkətli, axirətini isə daha gözəl və bərəkətli etsin! Amin!
ÖMURÜN UZUN, ÜRƏYİN MÖHKƏM, GÖZLƏRİN İŞİQLI OLSUN, ARİF MÜƏLLİM…
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA!
Dərin hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev




