Ermənistanda bir çox zabitlər öz istəkləri ilə işdən azad olunmaq üçün ərizə verirlər

Bir çox zabitlər öz istəkləri ilə işdən azad olunmaq üçün raport verərək Ermənistan Silahlı Qüvvələrinin sıralarını tərk ediblər.

Bu barədə martın 15-də Milli Assambleyada müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi parlament komissiyasının iclasında respublika müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib.

Lakin o, işdən çıxanların sayı barədə məlumat verə bilməyib.

“Bu gün Müdafiə Nazirliyində belə bir problem var. Bununla belə, tərkibin doldurulması üçün addımlar atırıq. Təyin olunduğum gün tağım komandiri və rota komandiri əlaqələri indikindən daha az idi. Bu gün vəziyyət daha əlverişlidir. Biz böyük və səmərəli iş görmüşük. Buna baxmayaraq, tərxis olma prosesi davam edir, bu, olduqca normaldır”, — Sarkisyan izah edib.

Bu xəbəri paylaşın: