Antaliya danışıqlarından ermənilər pərt olublar

ERMƏNİ MƏTBUATI İDDİA EDİR Kİ, 12 MART ANTALYA DANIŞIQLARI ZAMANI TÜRKLƏR ERMƏNİLƏRİ YAMAN PƏRT EDİB (Yəni adam yerinə qoymayıblar).

Erməni mətbuatı yazır: «Ermənistan və Türkiyə XİN rəhbərlərinin görüşündə Türkiyə tərəfi protokol tələblərini bilərəkdən pozub. Ermənistan və Türkiyə XİN rəhbərlərinin Antalyada keçirilən görüşündə Türkiyə tərəfi qəsdən protokol tələblərini bir neçə dəfə pozaraq, yəqin ki, erməni tərəfi ilə münasibətlərin normallaşması məsələsində qeyri-ciddi münasibətini nümayiş etdirib. Əvvəlcə Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlu Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanla görüşə QALSTUKSUZ çıxıb ki, bu da rəsmi görüşlərdə protokolun kobud şəkildə pozulması deməkdir. Bundan başqa, Türkiyə telekanalı Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın adını bilərəkdən səhv elan edib. Belə ki, Türkiyə telekanalı Ararat Mirzoyanı “AraBat Mirzoyan” kimi təqdim edib. Hələ bu azmış kimi Türk mətbuatında erməni nazirin şəkilləri GÖZÜ YUMULU şəkildə dərc olunub. Məgər bütün bunlar təhqir deyilmi?»

P.S. Baron haylar, bizə görə, bütün bunlar təhqir deyil, sadəcə olaraq siz haylara öz yerinizi göstərməkdir.

İSMAYIL TANRIVERDİ, BDU-nun Erməni araşdırmaları və təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: