UKRAYNANIN RUSİYADAN QƏDİM DÖVLƏTÇİLİK TARİXİ VAR

ZABİT BABAYEV

1.Slavyanlar haqqında

Slavyan tayfaları — çexlər , lexlər (leh,polyak), slovaklar, bolqarlar, serblər, xorvatlar, beloruslar, ruslar, ukraynalılardır. Bu tayfalar qərbdə Elba ve Oder çaylarından başlamış, cenubda Qara dəniz və Dunay çayına qədər, şərqdə Dnepr çayı arası erazilərdə yaşayırdılar.

Slavyan tayfalarından ruslar haqda məlumat «ros» ve «roskomos» şəklində qedim Assuriya mənbələrində rast gəlmək olar. O cümlədən də M. Kolankatlı, 452-ci ilde roskomosların Albaniyaya hücum edib Böyük Qauanı (Dağlıq Qarabağı) tutmasından bəhs etmişdi.

VI əsrin ortalarına aid Bizans mənbələri slavyanlar haqda daha geniş məlumat verir. VI esrin ortalarında onların Bizans imperiyasına hücum edib Balkan yarmadasının şımalını, sonra Makedoniya və Yunanıstanı işğal etmələrini qeyd edir. Mənbələr bildirir ki, bu yerləri işğal edən slavyanlar Bizansa feodal qaydaları gətirir, quldarlığı süquta uğradaraq Bizansın əhalisinə çevrilirdilər. Slavyanların digər qismi isə öz yerlərinde qalırlar. Qara dəniz ətrafı ərazilər, Krım yarımadası eradan əvvəlki dövrdən kimmerilərin, skiflərin, daha sonralar sarmatların, alanların nüfuz dairəleri olmuşdır. Qara denizin qerb bölgəsində peçeneqlər yaşamışlar.

IV — VII əsrlərdə baş vermiş hun yürüşləri, bir tərəfdən xalqların böyük köçünə, digər təfəfdən də xalqların etnikləşməsinə səbəb olmuşdur. Bu hadısədən bəhs eden akademik Bartold qeyd edirdi ki, məhz sifətləri donuza oxşayan, palazqulaq roskomosların qəşəng qadınları türk hunlarla birləşdikdən sonra müasir sarışın rus xalqı meydana geldi (Buna bənzər bir rəvayət «Oğuznamədə» qeydə alınıb və Kıl Barakla bağlı fəsildə kişilərin it sifətli olmasını qadınların dilindən söyləyirlər — red.).

Bartoldun qeyd etdiyi bu etnikləşme prosesi Qara dəniz ətrafı ərazilərdə türklərlə yaxınlıqda olan slavyan tayfaları ilə də baş vermişdi və nəticədə müasir ukraynalıların əcdadları olan xalq yaranmışdı.

VI- VII əsrlərdə türklərdən siyasi təsisatçılıq mədəniyyətini menimsəyən slavyanlar qərb, şərq, cənub istiqamətlərdə hərəkət etməklə üç qrupda təmsil olundular. VII əsrdə şərq slavyanları Xəzər dövlətindən asılı oldular. Qərb slavyanlarında isə ilk dövlətlər meydana gəlməyə başladı. VII esrin birinci yarısında Çexiya və Avstriya ərazilərində slavyanların ilk dövləti olan Samo dövləti yarandı. Bu dövlət 30 il mövcud oldu və avarlar tərəfindən süquta uğradıldı. IX əsrin əvvəlində yaranan Moraviya dövləti də X esrin əvvəlində macarlar tərəfindən süquta uğradıldı.

2. UKRAYNA DÖVLƏTİNİN YARANMASI

IX Əsrin ikinci yarısında Şimali Avropada Skandinaviya tayfalarının güclü birliyi yaradılmışdı.

Onlar geniş ərazilər boyu yürüşlərə başlamışdılar. Bu yürüşlər IX-XI əsrləri əhatə edirdi və «vikinqlər dövrü» adlanırdı. Avropanın qərbində onları «normanlar»(şimal adamları), Rusiya və Bizansda isə «varyaqlar» (anda sadiq adam) adlandırırdılar. Varyaq yürüşleri zamanı X əsrdə Avropada slavyanların çex və lex (polyak) dövlətləri meydana gelmişdi.

IX əsrde bir qrup varyaq dəstəsi Ryürik başda olmaqla Novqoroda gəlib orada Ryüriklər sülaləsinin hakimiyyətini qurdular.

882-ci ilde Ryürikin oğlu Oleq Ukrayna slavyanlarının mərkəzi olan Kiyevi tutub öz hakimiyyətinə birləşdirdi. Kiyev mərkəz olmaqla şərq slavyanlarının yalnız bir qismini özündə birləşdirən Ukrayna slavyan dövləti yarandı. Ukrayna sözü «kənar torpaqlar» anlamını verir. Bu dövlet Novqorod, Polotsk, Smolensk, Suzdal ve Rostov torpaqlarını əhatə edirdi.

X əsrdə güclü dövlət olan Kiyev dövləti Xəzər xaqanlığını süquta uğratdı. XI əsrdə onlar Bizansa qarşı yürüşlər etdilər. Moskva, Tver, Vladimir və Ladoqa gölü etrafı ərazilərdə isə Ros slavyanları yaşayırdılar. Ros (rus) slavyanlarının ukraynalıların Kiyev dövlətinə aidiyyatı yox idi. Kiyev dövləti 1097-ci ilə kimi vahid dövlet olaraq qaldı və Lübeç yığıncağı 1097-ci ildə dövlətin ayrı-ayrı knyazlıqlara parçalanması haqda qərar verdi. 1237-1243-cü illərdə bu knyazlıqlar Qızıl Orda dövlətindən aslı veziyyətə düşdüler. Bu aslılıq 1480-ci ilə kimi davam etdi.

3. RUS DÖVLƏTİNİN YARANMASI

Həm Kiyev, həm də Ros slavyan knyazlıqları Qızıl Ordaya xərac verirdilər. Qızıl Ordalılar artıq onlara qarşı yürüş etmirdilər. Bu da onların güclənməsinə yol açdı.

XII əsrdə Şimal-şərq rus slavyanlarında Yuri Doıqorukiy (1125-1157) 1147-ci ildə Moskva şəhərini saldıraraq, güclü knyazlıq yaratdı. Lakin bu knyazlıq XIII əsrdə Qızıl Ordanın aslılığına düşdü. Qızıl Ordanın yürüş etməməsindən istifadə edən bu knyazlıq XIV əsrdə ətraf rus slavyan knyazlıqlarını tutmağa başladı. Tver knyazlığından başlamaqla Rostov və Yaroslav knyazlıqlarını ləğv edib özünə birləşdirdi.

1478-ci ildə Novqorodu tutdu. III Ivan (1462-1505) 1480-ci ildə Uqra döyüşündə Qızıl Ordu xanı Əhmədi məğlubiyyətə uğratdı və Qızıl Ordanın aslılığından çıxdı. O, Moskva ətrafında knyazlıqların birləşdirilməsini davam etdirərək Ros slavyanlarının mərkəzləşdirilmiş Rus dövlətini yaratdı. III Vasilidən (1505-1533) sonra hakimiyyətə gələn IV İvan Qroznı (1534-1584) 1547-ci ildə çar titulunu qəbul edərək ilk rus çarı oldu. Beləliklə, ilk rus dövləti yarandı.

4.UKRAYNA RUSİYA VƏ POLŞA TABELİYİNDƏ

XIII əsrdə Polşa və Litva, Ukrayna və Beleros torpaqlarını, İsveç və almanlar isə şimal-qərb rus slavyan torpaqlarını tutmuşdular. XIV əsrdə həmin ərazilər uğrunda Polşa və Litvaya qarşı Alman Tevton ordeni arasında mübarizə başlanmışdı.

Bu zaman Polşa və Litva 1385-ci ildə Krevski sazişini bağlayıb ittifaq yaradırlar. Onlar Ukrayna ve beleroslarla birgə 1410-cu ildə Qrünvald döyüşündə almanları məğlubiyyətə uğradırlar. Bu dövrdə Ukrayna-Belorus ərazilərinin rus slavyanlarla heç bir əlaqəsi olmur. Onlar Litva və Polşanın tabeliyində qalırlar.

1648-ci ildə Ukraynada Boqdan Xmelnitskiy Polşa və Litvanın aslılığına qarşı çıxıb üsyan edir, Zaparojye Seçini tutub özünü getman elan edir.

1649-cu ildə o, polyakları məğlub edib Zborovo sülhünü bağlayır. Bu sülhə əsasən Uktaynada Kiyev, Çerniqov ve Braslav voyevodalıqları müstəqillik qazanır və müstəqil qetman ıdarəçiliyi yaradılır. Lakin polyaklar 1651-ci ildə onları yenidən məğlubiyyətə uğradırlar. Rus dövleti bundan istifade edir və 1653-cü ildə Zemstvo yığıncağı Ukraynanı Rusıya tabeliyinə qebul etmək haqda qərar verir.

1654-cü ilde Ukrayna Pereyaslav radası qərarı təsdiqləyir. Bu, Rusya ilə Polşa arasında müharibəyə səbəb olur.

1654-1667-ci illəri əhatə edən bu müharibə Andurusovu sülhü (1667) ilə nəticələnir. Sülhə əsasən, Kiyev daxil olmaqla Sol Sahil Ukraynası Rusiyaya verilir. Sağ Sahil Ukrayna Polşada qalır.

1676-1681-ci illər rus-türk müharibəsinde bağlanan Baxçasaray sülhü ilə Sağ Sahil Ukrayna Türkiyəyə keçir. Lakin Türkiyə bu ərazini öz əlində çox saxlaya bilmir və polyaklar yenidən oranı tuturlar. 1793-cü ıldə Polşanın ikinci bölüşdürülməsi zamanı Rusiya Ukrayna və Belorusa ərazilərinə tam şəkildə yiyələnməyə nail olur. Rusiyada çar devrildikdən sonra 1917-ci ilin noyabrında bolşeviklər Ukraynada xalq hakimiyyəti yaratmaq istəyirlər. Lakin Almaniya 1918-ci ilde Ukraynanı tutub orada öz protektorluqlarının getman diktaturasını yaradır.

Almaniya məğlub edildikdən sonra 1919-cu ilin martına qədər Denikinə qarşı aparılan mübarizədən sonra 10 martda Ukraynada Sovet hakimiyyəti yaradılır. 1922-ci ildə Ukrayna SSRİ tərkibinə qatılır, 1991-ci ildə yenidən müstəqil olur.

NƏTİCƏ

1.XVI əsrin əvvəlinə qədər rusların vahid dövləti olmamışdır.

2. Ukrayna slavyanlarının əsas özəyini təşkil etdiyi Kiyev dövlətinin rus tarixçiləri tərəfindən «Kiyev rus dövləti» adlandırılması məqsədyönlü və kobud səhvdir. Bu, onların işğalçılıq niyyətlərindən qaynaqlanır.

3. Putinin ukraynalıların dövləti olmamışdır, onlara Lenin 1917-ci ildə dövlət yaradıb deməsi velikorusların işğalçılıq niyyətlərinin etirafıdır.

Bu xəbəri paylaşın: