Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsi Novruz bayramı münasibətiylə 45 imkansız şəhid ailəsi, qazi və müharibə veteranlarına bayram sovqatı veriblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarov məlumat verib.
Cabbar Cabbarov bildirdi ki, rayon şöbəsi adından baş çəkilən, bayram sovqatı verilən şəhid ailələri və müharibə veteranlarının Novruz bayramı təbrik edilib və AVMVİB Abşeron rayon şöbəsi hər bir üzvünün yanında olduğunu qeyd eləyib.
Nurlan Məmmədli


