İsrailin baş naziri Naftali Bennet İsrailin təhlükəsizlik xidməti «Şabak»dan atəşkəslə bağlı danışıqlar aparmaq üçün Kiyevə mümkün səfərə hazırlaşmağı xahiş edib.
Bu barədə The Times of Israel Ynet-ə istinadən məlumat yayıb.
İsrail təhlükəsizlik xidmətinin rəsmiləri Rusiyanın bombardmanını nəzərə alaraq belə bir səfərin təhlükəsizlik baxımından “kabus” olacağına inanırlar.
Məlumata görə, İsrail rəsmiləri ukraynalı həmkarlarına bildiriblər ki, Bennet “fotosessiyaya” getmir və yalnız Ukrayna ilə Rusiyanın atəşkəsdə razılığa gəlməyə yaxın olsalar, kömək etmək üçün gedəcək.
Həftə sonu mümkün səfərlə bağlı söhbətlər intensivləşib.
Baş nazirin ofisi mesajlara dərhal şərh verə bilməyəcəklərini bildirib.
Xatırladaq ki, Bennet artıq Moskvada Rusiya prezidenti Vladimir Putini ziyarət etmişdi.
Mənbə: Ukrainskaya pravda
