Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin qərargahının təmirdən sonra açılışı olub.
Açılışda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin rəhbərliyi ilə sədr müavinləri Vahid Abdurəhmanov, Salman Musayev, Qurban Osmanov, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov, Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev, Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov, Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, Mingəçevir şəhər şöbəsi sədrinin I müavini Mübariz Rüstəmov və Mingəçevir şəhər şöbəsinin üzvləri iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev şəhdlərin əziz xatirələrini 1 dəqiqəlik sükutla yad etdikdən sonra təmirlə bağlı xeyir-dua vermiş və bu şəraiti yaratdan hər kəsə, o cümlədən Mingəçevir şəhər rəhbərliyinə, «Azərenerji» ASC rəhbərliyinə Birlik adından öz minnətdarlığını bildirdi.

Sədr F. Rzaquliyev qeyd etdi ki, bundan sonra da AVMVİB Mingəçevir şəhər şöbəsi daha da yaxşı işləyəcəyinə əminik. Çünki bu şöbə bizim fəal şöbələrimizdəndi və bu şöbənin üzvləri daim fəaldırlar.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov da çıxış edərək şöbənin fəaliyyətindən danışdı və mərasimə qatılan qonaqlara təşəkkür etdi.
Tədbir iştirakçıları öz təkliflərini və ürək sözlərini çatdırdılar.
Şəhidlərin əziz xatirələrinə həsr edilmiş Xatirə Bulağı kompleksi də ziyarət edilərək şəhidlərimizin ruhuna dualar edildi. Cənnət Bulağı adlanan bu kompleks şəhid Atiq Ariz oğlu İbrahimova həsr edilib. Kompleksi şəhidin atası Ariz İbrahimov öz şəxsi vəsaiti hesabına həyata keçirib. Atiq İbrahimovun döyüş xidmətləri 3 medalla təltif edilib. İştirakçılar şəhidimizə Allahdan rəhmət dilədilər.
Sonda xatirə şəkilləri çəkdirildi.
Azad Musayev
Fədai.az -ın müxbiri



