Ukrayna Rusiyanın tələbini qəbul etdi — Putinin köməkçisi Medinski

Ukrayna hərbi ittifaqlara qoşulmaqdan imtina edəcəyinə söz verib».

TASS xəbər verir ki, bunu İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Putinin köməkçisi Vladimir Medinski bildirib.

O qeyd edib ki, Ukrayna hərbi məsələlərlə bağlı hər şeyi Rusiyanın razılığı ilə edəcək:


«Ukrayna hərbi ittifaqlara qoşulmaqdan, xarici hərbi bazaları, kontingentləri yerləşdirməkdən, zəmanətçi dövlətlərin, habelə Rusiya Federasiyasının razılığı olmadan Ukrayna ərazisində hərbi təlimlər keçirməkdən imtina edir”, — V.Medinski deyib.

Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı hərbi təcavüzdə taktikanı dəyişdiyini rəsmən elan edib.

Rusiya komandanlığı Kiyev və Çerniqov istiqamətlərində “hərbi aktivliyin kardinal şəkildə ixtisar edilməsinə” dair qərar verib. Bu haqda TASS bildirir.

Bu onu göstərir ki, danışıqlar praktiki müstəviyə keçə bilər.

Bu xəbəri paylaşın: