Artaq Beqlaryanın yanlış statistikası: Pirlər və Fərrux kəndlərindən 200 erməni köçürülüb

Xocalı rayonunun Pirlər və Fərrux kəndlərindən bir gündə 200 erməni köçürülüb.

Bu barədə separatçı “nazir” Artaq Beqlaryan məlumat verib.

Beqlaryan evakuasiya edilənlərin qadınlar, qocalar və uşaqlar olduğunu qeyd edib.  O, “dözülməz həyat şərtləri” səbəbindən bu addımın atıldığını bildirib. Erməni “nazir” köçürülən sakinlərə maddi yardım ediləcəyini də sözlərinə əlavə edib.

Beqlaryan 200 erməninin hansı istiqamətə köçürüldüyünü açıqlamayıb.

Əldə etdiyimiz məlumata görə bu kəndlərdə əhalinin sayı 100 nəfərdən də aşağı olub.

Bu xəbəri paylaşın: