AVMVİB Xocavənd rayon şöbəsində

Müharibə veteranı Aydın Rəşid oğlu Vəliyev AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif edilib.

Aydın Rəşid oğlu Vəliyev Xocavənd rayonu Qaradağlı kəndində anadan olub. Hadisələrin ilk günlərindən Vətənin müdafiəsinə qalxıb. Fəal müharibə veteranı kimi bu gün də fəaliyyətini Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin üzvü kimi davam etdirir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov təltif münasibətiylə Aydın Vəliyevi təbrik etdi. Müharibə veteranlarının Vətənimizin müdafiəsi üçün daim öndə olduqlarını qeyd etdi.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və müharibə veteranları iştirak edirdilər.

Təbrik edirik!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd

Bu xəbəri paylaşın: