“Roskomnadzor” 4 saytımızı bloklayıb

«HRAPARAK» erməni saytının yazdığına görə, ARTIQ RUSİYADA AZƏRBAYCANIN DÖRD XƏBƏR SAYTI BLOKLANIB.

Bu dəfə Rusiyanın “Roskomnadzor” nəzarət orqanı Azərbaycanın BAKU.WS xəbər saytının fəaliyyətini bloklamaq qərarına gəlib.

Qeyd edək ki, Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyata başlayandan bəri Rusiyada Azərbaycan KİV-lərinin 4 saytı bloklanıb. Bunlar: BAKU.WS, Oxu.Az, Haqqin.az və Minval.az. saytlarıdır.

Qeyd olunur ki, bu saytlar açıq-aşkar anti-Rusiya mövqeyinə malikdir və Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatları işıqlandırır və Ukrayna tərəfinə daha çox üstünlük verdiklərinə görə bloklanıblar.

(https://hraparak.am/post/aa02399710a3edbbcee4676d2cb680ea )

İsmayıl Tanrıverdi

P.S. Rusiyanın bu təcrübəsindən onun 24 saat Azərbaycan əleyhinə informasiya yayan KİV-lərinə qarşı niyə istifadə etməyək? Elə Skobayevadan başlayaq…

Bu xəbəri paylaşın: