Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsi mart ayı üçün iştirak etdiyi və təşkilatçısı olduğu tədbirlərin press realizini təqdim edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynovun verdiyi məlumata görə, rayon şöbəsi Novruz bayramı münasibətiylə Sabirabad rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Mədəniyyət şöbəsi ilə birgə hərbi hissədə xidmət edən hərbçilərimizlə görüşüblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsi və üzvləri rayon şənliklərində iştirak ediblər. Tədbir rayonun Mədəniyyət sarayında keçirilib.
Mart ayında rayon şöbəsi rəhbərliyi qazilərdən oturaq xəstə olan I qrup müharibə əlilləri Əli Tofiq oğlu Əliyevə və hər iki ayağı amputasiya edilmiş Natiq Rasim oğlu Salahova baş çəkərək onlrın problemləri ilə maraqlanıblar.
Şəhid övldları da unudulmayıb. Əslən astaralı olan şəhidTelman Nəhmətovun rayonun Poladtuğay kəndində yaşayan ailəsini ziyarət edib, şəhidin oğul övladı Təyyarı təbrik ediblər. «Əminlər» şirkətinin hədiyyələri şəhidin ailəsinə çatdırılıb.
Rayon veteranları şəhidlərimizi də unutmayıblar. Rayonun Bulduq kəndində şəhid Vahıb Ramiz oğlu Əliyevin şəhadətinin ikinci il mərasimində iştirak ediblər.
Mərasimdə YAP rayon təşkilatı, rayon İH Qazilər və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayevlə birgə AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov da iştirak edib.
Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə güllər qoyulub və ruhuna dualar oxunub.
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Sabirabad














