Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nərimanov rayon şöbəsi rəhbərliyi 44 günlük Vətən müharibəsi iştirakçısı — Ramin Abdullayev və Tural Mahmudova AVMVİB-nin fərqləndirici «Müharibə veteranı» döş nişanını təqdim edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov məlumat verib.
Qurban Osmanov bildirdi ki, bu döş nişanı AVMVİB üzvlərinə verilir. Müraciət edənlər çox olduğu üçün qeyd edib ki, AVMVİB üzvü olmayan şəxslər üçün nəzərdə tutulmayıb.
Elnur Səlim





