MƏN AZƏRBAYCANIN NÜVƏ İLƏ VURULMASINA ÇAĞIRIŞ ETMƏMİŞƏM» — Delyaqin

“Mən çıxışımda Azərbaycanın bombalanması barədə çağırış etməmişəm”.

Bu sözləri Rusiya Dövlət Dumasının “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının üzvü Mixail Delyagin deyib. «Mən Azərbaycanın heç bir bombalanmasına, nə adi, nə də nüvə ilə vurulmasına çağırış etməmişəm» — deyə o öz “Telegram” kanalında bildirib. 


Xatırladaq ki, Delyagin Rusiya Dövlət Dumasının İqtisadi Siyasət üzrə Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinə verdiyi rəsmi cavabları real təhlükə adlandırıb. Deputat dövlət televiziyasında çıxışı zamanı Azərbaycanı hədələyib və açıq şəkidə sülhü pozmaqda təqsirləndirib. Daha sonra o təxribatçı açıqlamaları səbəbilə Azəbaycandan üzr istəmişdi.

Mənbə: Yeniavaz.com

Bu xəbəri paylaşın: