Bu gün Vətən Müharibəsi Şəhidi Məmmədov Xaqani Füzuli oğlunun 20 yaşı tamam oldu.
Bu münasibətlə əvvəlcə Şirvan şəhərində Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olundu. Ziyarətdə şəhidimizin ailə üzvləri, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı, şöbə müdirləri, rayon idarələrinin rəisləri, Zəngilan rayon YAP sədri Natiq Quliyev, Şəhid ailəlıri, Müharibə əlilləri və veteranlarla iş şöbəsinin müdiri Kəmaləddin bəy, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, müavini Zakif Abbasov, üzv Vəliyev Şəmsəddin, I Vətən müharibəsi qazisi Elxan bəy, Vətən müharibəsi iştirakçıları Allahverdi Heydərov, Aslan Qasımov, Şəhid Sənanın atası Şahin bəy, şəhid Emil bəyin atası Rasıf bəy, hərbi jurnalist Mahir Cavad, şəhid baş leytinant Rövşənin atası aktyor Əli Nur və digər rayonlardan gələn şəhid ailələri və ictimaiyət nümayəndələri iştirak edirdilər.
Şəhidimizin məzari ziyarət olunduqdan sonra tədbir Ağ Saray şadlıq evində ehsan süfrəsi arxasında davam etdi.
Tədbiri şəhidlər haqqında «Vətənə Sevdalılar» adlı kitabın müəllifi Sevda xanım apardı.
İlk öncə Azərbaycan Dövlət Himni səsləndi. Sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Söz ziyalılara və şəhid ailələrinə verildi.

Çıxış edənlər Şirvan və Zəngilan İcra hakimiyyətlərinin nümayəndələri, yazıçı Mahir Cavad, şəhid atası Əli Nur, Qazilər, şəhid anaları və ictiçai təşkilat mümayəndələri şəhidlərimizə Allahdan rəhmət diləyib, onları heş vaxt unutmayacaqlarını bildirdilər.
Söz AVMVİB Zəngilan rayon sədri Azad Musayevə verildi. Musayev də Şəhidlərimizi unutmaq, bölmək, ayrı seçkilik salmağın yolverilmız olduğunu bildirdı. Azad Musayev şəhid atası Füzuli Məmmədova AVMVİB sədri Füzuli Rzaqyliyevin salamlarını çatdırdı və onun imzası ilə AVMVİB Zəngilan şöbəsinin üzvuluk vəsiqəsini, şəhidimizin Anası Zülfiyyə xanımı şöbənin Şəhid Anası Fəxri Fərmanıyla və şəhid Xaqaninin əmisinin şəhidimizin xatirəsinə tikdirdiyi bulaq kompleksi, şəhidlər haqqında yazılan kitabın sponsorluğunu nəzərə alaraq Nizami Məmmədovu AVMVİB Zəngilan rayon şöbəsinin Fəxri Fərmanıyla təltif etdi.
Sonda musiqiçilərin ifasında Dini musiqilər ifa olundu.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Azad Musayev














